GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəlilabadda torpaq davası

Cəlilabadda torpaq davası

Tarix: 29-12-2012, 10:53 Bölmə :Ölkə Baxış: 1 204
Cəlilabadda torpaq davası

Taleh Qaraşovun səhvini Əziz Əzizov davam etdirir

gundemxeber.az Ölkə mətbuatında və digər KİV-lərin səhifələrində Azərbaycanda baş verən özbaşnalıqlardan, korrupsiya əməllərindən, rüşvətxorluqdan və məmurların dələduzluq hərəkətlərindən, eləcə də saxtakarlıqdan müxtəlif səpkidə yazılar mütəmadi olaraq çap olunur. Cəlilabaddan redaksiyamıza məktub daxil olub. Olduqca acınacaqlı, eyni zamanda maraqlı faktla zəngin olan bu məktubu qəzetimizin səhifəsinə olduğu kimi yerləşdirməyə qərar verdik.
Məktubda qeyd olunur ki, Azərbaycan Respublikasında keçirilən torpaq islahatı zamanı Cəlilabad rayonunda o vaxtkı RİH başçısının etdiyi bir səhv indi də xalqı narahat edir. “Yəni, torpaq islahatı qanunlarına əsasən Respublika ərazisində yaşayan hər bir vətəndaşa rayon ərazisində bölgü zamanı kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün əkin yeri, yəni pay torpağı verilməlidir. Bu, ölkə Prizdentinin imzası ilə təsdiq olunmuş Qanun idi. Lakin o vaxtlar, Cəlilabad RİH başçısı vəzifəsində işləyən Tofiq Bağırov bu qanuna zidd hərəkət edərək, rəhbərlik etdiyi Rayon Aqrar İslahat Komissiyasının adından öz xeyrinə olan bir qərar qəbul etdi. Bu qərara görə Cəlilabad rayonunda yerləşən R.Axundov adına sovxozun ərazisini parçalayıb, istədiyi adamlara paylaşdırdı. Onunla da R.Axundov adına sovxozun torpaqlarının əhatəsində yerləşən Cəlilabad şəhər ərazisinin üç hissəsində yaşayanları və güya sovxozda işləyərək 2 il staja malik olanları torpaq payı ilə təmin edib, şəhərin mərkəz hissəsində yaşayanlara isə «Yox!» cavabı verilib.
Şəhər əhalisi narazılıq etsələr də, onlara əhəmiyyət verən olmadı. Hətta onları polis, məhkəmə gücünə susdurdular. Hədə-qorxu gəldilər ki, yaxın qohumunuzu işlədiyi yerdən qovacağıq və yaxud dolayısı yolu ilə onlara mesaj göndərdilər ki, “Cavan övladlarınızı, əsgəri yaşında olanları cəbhə bölgəsinə” göndərəcəyik, ya da ki, “xuliqanlıq” etdiklərinə görə həbsə atdıracağıq”.
Çıxılmaz vəziyyətə düşmüş sakinlər torpaq almaqdan vaz keçdilər. Lakin, onların arasında öz haqlarını tələb edənlər də az deyildi. O zamankı RİH başçısı və torpaq islahatı bölgüsündə komissiya üzvü olan məmurlar tutduqları vəzifədən azad olduqdan sonra, hüquqları pozulmuş Cəlilabad sakinləri yeni təyin olunmuş RİH başçısının qəbuluna düşüb, onlara düşən pay torpağını almaq üçün müraciət etdilər. 2002-ci illərdə RİH başçısı vəzifəsində işləyən T.Qaraşov və 2006-cı ilin avqust ayının 08-də Cəlilabad rayon İH başçısı vəzifəsinə təyin olunmuş Əziz Əzizov tərəfindən qismən də olsa, bu ərizələrə baxıldı və ilkin araşdırmalar zamanı məlum oldu ki, R.Axundov adına sovxozda torpaq islahatı düzgün aparılmayıb və ölkə Prezdentinin imzaladığı sərəncamın icrası köbud şəkildə pozulmuşdur. Belə ki, Cəlilabad rayon İH-nin sərəncamı ilə yaranmış Rayon Aqrar İslahat Komissiyası dövlət başçısının imzaladığı qərara zidd olaraq, özlərinin xeyrinə xidmət edən qərar çıxarmış və hətta həmin qərarın icrası zamanı da böyük saxtakarlıqlara əl atmışlar. Nəticədə, 150-200 nəfərdən çox qurama şəxslərə torpaq payı ayrılmışdır. Bundan savayı R.Axundov adına sovxozda keçrilmiş islahat zamanı, həmin təsərrüfatda 30-40 il əvvəl işləyib ölənlər, eləcə də digər şəhər və rayonlara köçüb gedənlər, hətta həyatda heç bir zaman mövcud olmayan qurama şəxslərin adlarına rast gəlmək mümkündür. Artıq, bu şəxslərə torpaq payı bölünüb və bu haqda dövlət aktı hazırlanmışdır.
2007-ci ilin ilk aylarında aparılan araşdırmalar zamanı saxta sənədlərlə və yaxud qohumbazlıqla, tanışlıqla, o cümlədən «Hörmətlə» əldə olunmuş pay torpaqlarına aid tərtib edilmiş dövlət aktları toplanaraq yoxlanılırdı. Müxtəlif saxtakalıqlarla və gizlincə zəbt olunmuş torpaq sahələri aşkar olunaraq həqiqi sahiblərinə, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ilk sədrinin təbirincə desək, kolxoz və sovxozlarda işləyən və ən azı 2 il əmək stajı olan şəxlərə verilir. Oğurluq və digər saxtakarlıqlarla torpaq payı əldə edənlərin bəziləri isə narazılıq edərək, həmin məmurlara rüşvət verib, torpaq payı aldıqlarını açıq-aşkar bildirirdilər. Lakin, ədalət naminə desək, Cəlilabad rayon İH başçısı Əziz Əzizov rayon torpaq şöbəsinin işçilərinə ciddi olaraq göstəriş verdi ki, “bütün şikayətçilərin ərizələri qəbul olunub, araşdırılsın və Qanun çərçivəsində vətəndaşlara cavab verilsin!”
Maraqlıdır, görəsən Cəlilabadda baş vermiş bu torpaq maxinasiyasında vətəndaşlar özləri hansı saxtakarlıqlar edərək, pay torpağı almışlar? Araşdırmalar nəticəsində aşkar edilmişdir ki, 22 iyul 1980-cı ildə Cəlilabad rayon Daxili İşlər şöbəsi tərəfindən şəhər sakini Həsənova Qiymət İbi qızına (25.10.1962 təv.) verilmiş XIII ЖГ seriyalı 502329 nömrəli sovet pasportunun şəkilsiz titul səhifəsi ksero aparatı ilə surəti çıxarılmışdır. Həmin ksero surətdə vətəndaşın familiyası Həsənova, adı Qiymət, atasının adı isə İbi olduğu halda, naməlum alətlə “Həsənova” familiyasının 2-ci və 4-cü hərfləri pozularaq “ə” hərfi, “ü” və “e” hərfi ilə əvəzlənmiş, o cümlədən familiyanın beşinci qrafasına “y” hərfi əlavə edilərək “Hüseynova” kimi düzəldilmiş və yenidən ksero surət çıxardılaraq saxta pasport formasına salınmışdır. Saxtalaşdırılmış bu ksero surəti Cəlilabad rayon Dövlət Arxivinə təqdim edərək, 22 yanvar 2004-cü il tarixdə oradan digər bir vətəndaşa – Hüseynova Qiymət Uruf qızına məxsus olan əmək haqqı cədvəlindən və R.Axundov adına sovxozdan iş stajı barədə arxiv arayışı əldə olunmuşdur. Saxtakarlıqla məşğul olan Cəlilabad şəhərinin 1 May küçəsində yaşayan Həsənov İbi Xuduş oğlu fırıldaq yolu ilə əldə etdiyi arxiv çıxarışını rayon torpaq şöbəsinə təqdim etmiş, R.Axundov adına sovxozun ərazisindən qızı Qiymətin adına saxta pay torpağı almışdır.
Arxivdən fırıldaq yolu ilə alınmış bu arayış əsasında Cəlilabad Rayon Aqrar İslahat Komissiyasında 26 iyul 2004-cü il tarixli 07 saylı qərar ilə saxtalaşdırılmış, həyatda heç bir zaman mövcud olmayan bir şəxsin adına (Qiymət İbi qızı Hüseynova-?) dövlət aktı tərtib olunaraq, kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,81 hektar pay torpağı təhkim olunmuşdur. JN 0462 seriyalı 80601404 şifrəli həmin sənəd Dövlət Aktı Qeydiyyatı kitabında 29642 reyester nömrəsi ilə qeydiyyata götürülmüş və 06 oktyabr 2005-ci il tarixdə Həsənov İbi Xuduş oğluna verilmişdir.
Məlumat üçün bildiririk ki, R.Axundov adına sovxozda fəhlə işləyən və sənədləri Cəlilabad rayon dövlət arxivində mühafizə olunan Hüseynova Qiymət Uruf qızı 06 fevral 1962-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. Rayon VVAQ şöbəsində 1962-ci il fevral ayının 08-də onun adına AZ № 135543 saylı doğum haqqında şəhadətnamə verilmiş və bu barədə qeydiyyat kitabında 73 saylı reyesterə alınmışdır. Həmin sənəddə qeyd olunur ki, onun atası Hüseynov Uruf Məmmədəli oğlu (1912 təv.), anası isə Ağayeva Simzər Mirzəli qızı (1924 təv.) olmuşdur. Valideyinlərin hər ikisi, o cümlədən qızları Qiymət, R.Axundov adına sovxozda fəhlə işləmişdir.
Əgər, yalnız kolxoz və sovxozda işlyənlərə torpaq payı düşürsə, nə üçün heç bir zaman təsərrüfatda işləməyən və anadan gəlmə əlil olan Həsənova (Hüseynova) Qiymət İbi qızı adlı şəxsə 0,81 hektar pay torpağı ayrılıb. DTXK-nin rəsmi statistik sənədlərindən məlum olur ki, Cəlilabadda torpaq islahatı ilə məşqul olmuş dələduz məmurlar tərəfindən yüzlərlə belə şəxsin adına torpaq payı ayrılmış və R.Axundov adına sovxozun torpaqlarını hərraca qoyaraq istədikləri adamlara satmışlar. Buna nə ad vermək olar? Korrupsiya, rüşvətxorluq, yoxsa oğurluq? Yaxşı olardı ki, bu sualın cavabını Cəlilabad rayon rəhbərliyi, Məhkəmə, Prokurorluq və aidiyyəti üzrə təşkilatlar araşdırsın”.
İnformasiya şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Cəlilabadda talan var

    Cəlilabadda talan var ...

    7-05-2013, 00:39

  • 
  • Cəlilabad İcra Hakimiyyətində «saraydaxili çəkişmə»

    Cəlilabad İcra Hakimiyyətində «saraydaxili ...

    21-12-2012, 12:49

  • 
  • Kərəm Həsənov məsuliyyəti icra başçılarının üzərinə atdı

    Kərəm Həsənov məsuliyyəti icra başçılarının ...

    15-07-2016, 01:18

  • 
  • İsmət Abbasova görə Cəlilabadda total yoxlamalar

    İsmət Abbasova görə Cəlilabadda total yoxlamalar ...

    20-05-2014, 10:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu