“Dövlətqaçqınkom”dan xəbərdarlıq: 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb və köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib. Bunu Modern.az-a “Dövlətqaçqınkom”un mətbuat xidmətindən bildiriblər.
Dövlət Komitəsi təəssüflə qeyd edir ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə şifahi məlumatlar daxil olub. Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində “Dövlətqaçqınkom”a aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb. Hazırda qeyri-rəsmi məlumata görə, Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur.
Dövlətqaçqınkom bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa onlar özləri cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Dövlətqaçqınkom bütün məcburi köçkünlərə müraciət ünvanlayaraq, xahiş edib ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal komitəyə məlumat versinlər. Tel: 012-530-82-37, 012-431-31-26
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?