Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib. Toyda birlikdə yeyib-içən həmyerlilər sonda bıçaq davasına çıxıblar.
Hadisənin şahidləri KəpəzTV-yə deyiblər ki, davaya səbəb toyda xeyli miqdarda spirtli içki qəbul edən dostların bir-biriləri ilə yersiz zarafat etmələri, nalayiq ifadələr işlətmələri olub. Çox keçmədən bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq xəstəxanya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, Mehman Fətəliyevə bıçaqla xəsarət yetirən şəxs onun həmyerlisi, 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb. Hazırda davanın digər iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?