Goranboyda kütləvi dava baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Veyisli kəndində qeydə alınıb.
Bakıdan Veyisli kəndinə istirahətə gedən 4 nəfər şəxslə kənd sakinləri arasında insident yaranıb. İnsident sonradan kütləvi davaya çevrilib. Nəticədə Veyisli kənd sakini, 1970-ci il təvəllüdlü Səxavət Murad oğlu Nağıyev bıçaqla qətlə yetirilib, mərhumun qardaşları - 1976-cı il təvəllüdlü Mürvət, 1986-cı il təvəllüdlü Şükür və oğlu, 1996-cı il təvəllüdlü İxtiyar xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 4 nəfər saxlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?