Samuxda toy mərasimində düşən kütləvi davada 3 nəfər xəsarət alıb. Bu gün axşam saatlarında Samux rayonunun Kolayır kəndində toyda kütləvi dava baş verib. Həmin kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Şöbədən verilən məlumata görə, hər üç xəstə küt alətlərlə döyülüb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır. Davanın motivləri hələ dəqiq bilinmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?