"Azərbaycan Dəmir Yolları" QSC dekabrın 28-də Bakı-Tbilisi marşrutu üzrə turist qatarını xəttə buraxacaq. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bayram günlərində Tbilisi istiqamətində böyük sərnişin axını gözlənilir, bununla əlaqədar turist qatarının buraxılması barədə qərar qəbul edilib.
"Turist qatarı dekabrın 28-də Bakıdan yola düşəcək, o, yanvarın 2-də geriyə - paytaxta qayıdacaq", - Əzməmmədov qeyd edib.
Onun sözlərinə görə, dekabrın 28-dən QSC gücləndirilmiş rejimdə çalışacaq. Sərnişin axınının nisbətən sıxlığı deklabrın 28-30-da da gözlənilir.
Böyük sayda sərnişinlərin daşınmasının təmin olunması üçün bütün daxili istiqamətlərdəki qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?