GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhsil Nazirliyindən erməni cəlladının fotosu ilə bağlı açıqlama - (Yenilənib)

Təhsil Nazirliyindən erməni cəlladının fotosu ilə bağlı açıqlama - (Yenilənib)

Tarix: 29-01-2014, 13:35 Bölmə :Ölkə Baxış: 687
Təhsil Nazirliyindən erməni cəlladının fotosu ilə bağlı açıqlama - (Yenilənib)
Təhsil Nazirliyi erməni cəlladının Azərbaycanın orta məktəb dərsliklərində qəhrəman kimi təqdim olunması ilə bağlı məlumatı araşdırır.

Bunu virtualaz.org saytına açıqlamasında Təhsil Nazirliyinin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov bildirib.

C.Valehov dedi ki, Təhsil Nazirliyinin müvafiq şöbələri dərslik müəllifləri ilə əlaqə saxlayıb: “Orta məktəblərin dərs vəsaitləri, xüsusilə də ibtidai sinif dərslikləri, tarix və ədəbiyyat kitabları araşdırılsa da verilən şəkilə rast gəlinməyib. Hətta yazıda adı keçən Kəlbəcər rayonunun təhsil şöbəsi ilə də danışılıb. Kəlbəcər Rayon Təhsil Şöbəsi də araşdırma aparıb”.

Nazirlik əməkdaşı araşdırmaların davam etdiyini vurğuladı: “Dərsliklərin çapı ilə məşğul olan nəşriyyatlarla da əlaqə saxlanılır. Araşdırmaların ilkin nəticələrində belə bir şəkilə rast gəlinməyib. Buna baxmayaraq nazirliyin müvafiq şöbələri tərəfindən hərtərəfli araşdırmalar davam etdiriləcək. Bu məsələnin axırına qədər gedəcəyik”.

Nazirlik şəklin və məlumatın yalan, təxribat xarakterli olduğunu da istisna etmir.

Qeyd edək ki, məlumatı və şəkli Ermənistanın term.am saytı şəkildə görünən S.Aspanyana istinadən yayıb.

* * * 01:04

Kəlbəcər rayonunun işğalında iştirak etmiş erməni yaraqlılarından biri Sərkis Aspanyan Azərbaycanda orta məktəb dərsliklərinə hansısa yolla Azərbaycan döyüşçüsü və qəhrəman kimi düşüb.

Virtualaz.org saytı xəbər verir ki, bunu Ermənistanın term.am saytına verdiyi açıqlamada S.Aspanyan özü bildirib.

“Mən cəmi bir neçə gün əvvəl bilmişəm ki, azərbaycanlıyam, özü də Şeyxi xanım adlı qadının nəvəsiyəm. Mən bunu bir azərbaycanlı qadından eşitmişəm. Həmin qadın bir erməni ilə mübahisə edib deyirdi ki, mən türkəm. Erməni isə o azərbaycanlı qadına bir neçə videoçarxın linkini göndərdi. Azərbaycanlı qadın bu videolara baxandan sonra çaşıb qalmışdı. O, heç cür başa düşə bilmirdi ki, mən erməni dili ilə yanaşı türk və fransız dillərini haradan bu qədər yaxşı bilirəm, bu dilləri necə öyrənmişəm. Həmin azərbaycanlı qadın redaksiyaya zəng vurub bizdən soruşdu ki, onlar (azərbaycanlılar-red.) öz xalqına niyə yalan danışır” - deyə S.Aspanyan bildirib.

Erməni yaraqlısının sözlərinə görə, Kəlbəcərin işğalından sonra o, 81 yaşlı Şeyxi xanımla rastlaşıb. Qoca qadın isə onu və digər erməni əsgərlərini azərbaycanlılar hesab edib. S.Aspanyanın iddiasına görə, yaşlı qadın erməni əsgərlərini tanımayaraq onlara belə deyib: “Yaxşı ki, vaxtında gəldiniz. Ermənilər Kəlbəcərə hücum edir”. Erməni əsgərlər də yaşlı qadına əsl həqiqəti deməyə, erməni olduqlarını, Kəlbəcərin isə artıq işğal edildiyini deməyə məcbur olublar. Bundan sonra Şeyxi nənə ermənilər tərəfindən əsir alınıb.

S.Aspanyanın sözlərinə görə, o, Şeyxi xanımla söhbət edərkən Zaven Xaçikyan adlı bir fotoqraf onların fotoşəkilini çəkib, bundan isə heç kimin xəbəri olmayıb.

Bu fotoşəkil sonradan Fransanın “Liberation” və Türkiyənin “Milliyet” qəzetlərində dərc olunub. Ermənilər bu fotoşəkildən öz təbliğatları üçün gen-bol istifadə ediblər. Həmin fotoya istinad edərək erməniləri humanist, sülhpərvər xalq kimi təqdim etməyə çalışıblar. Belə rəy yaratmağa çalışıblar ki, ermənilər əsir götürdükləri dinc mülki vətəndaşlarla bu şəkildəki sayaq insan kimi davranırlar və s.

QEYD. Virtualaz.org saytının redaksiyası erməni nəşrlərinin yaydığı bu məlumatı mütləq yoxlayacaq və əldə etdiyi nəticələri Azərbaycan oxucularına çatdıracaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Təhsil naziri dərsliklərdən danışdı

    Təhsil naziri dərsliklərdən danışdı ...

    15-09-2013, 15:24

  • 
  • Bu da Günayın sevgilisi - FOTO

    Bu da Günayın sevgilisi - FOTO ...

    25-07-2016, 00:25

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12

  • 
  • Paytaxt məktəblərində bədii ədəbiyyat alveri

    Paytaxt məktəblərində bədii ədəbiyyat alveri ...

    10-01-2014, 14:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu