GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vasif Talıbov Daxili Qoşunların zabit və gizirlərinə ev payladı

Vasif Talıbov Daxili Qoşunların zabit və gizirlərinə ev payladı

Tarix: 30-01-2014, 11:39 Bölmə :Ölkə Baxış: 1 770
Vasif Talıbov Daxili Qoşunların zabit və gizirlərinə ev payladı
Ötən gün Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olub.
Daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verib.

Tədbirdə çıxış edən baş leytenant Orxan Seyidov deyib ki, Daxili Qoşunların Naxçıvan Alayı yarandığı vaxtdan etibarən diqqət və qayğı ilə əhatə olunub. Alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz edilib. Döyüş hazırlığı yüksəldilib. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər isə onların sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Göstərilən dövlət qayğısına cavab olaraq şəxsi heyət qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində, sabitliyin və əmin-amanlığın qorunmasında səylə çalışacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib. Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi, onların lazımi yaşayış şəraiti ilə təmin olunmaları diqqət mərkəzində saxlanılır. Bu gün Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binası istifadəyə verilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunlar Azərbaycanda mövcud olan dövlət-xalq birliyinin nəticəsidir.

“Hər bir ölkənin inkişafında başlıca amil daxili sabitlikdir”, - deyən Ali Məclisin sədri bildirib ki, Daxili Qoşunlar ölkəmizdə sabitliyin qorunması, cinayətkar və digər hüquqazidd qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardı. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin yolunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olub. Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binasının istifadəyə verilməsi də inkişaf və sabitliyin, eləcə də dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının daha bir nümunəsidir.

Qeyd olunub ki, dövlətə sədaqətlə xidmət etmək qarşıya qoyulan vəzifələrin uğurlu icrasından başlayır. Ona görə də zabit və gizirlər göstərilən dövlət qayğısına öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə cavab verməlidirlər.

Ali Məclisin sədri Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyətinə dövlətçiliyimizin möhkəmləndirilməsində və qorunmasında uğurlar arzulamış, onları yeni xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik edib.

Sonra Ali Məclisin sədri mənzillərin orderlərini və açarlarını təqdim edib. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.

Məlumat verilib ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. Binada yenidənqurmadan sonra elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, bütün evlər qızdırıcı ilə təmin olunmuş, havalandırma sistemləri quraşdırılıb. İki və üçotaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılmış, məişət əşyaları qoyulub.

Daxili Qoşunların Naxçıvan Alayının zabiti, mayor Elnur Talışov və ailə üzvləri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General hərbi hissədə döyüş hazırlığını yoxladı - Foto

    General hərbi hissədə döyüş hazırlığını yoxladı - ...

    25-01-2014, 15:12

  • 
  • Daxili Qoşunların yeni komandanı kimdir...

    Daxili Qoşunların yeni komandanı kimdir... ...

    18-11-2013, 18:37

  • 
  • Rövşən Əkbərov Daxili Qoşunların komandanı gətirilir

    Rövşən Əkbərov Daxili Qoşunların komandanı ...

    23-10-2013, 10:53

  • 
  • Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başladı

    Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə ...

    16-04-2014, 11:10

  • 
  • General Rövşən Əkbərov: “Azərbaycanda silah-sursat, texnika və əsgərlərin hazırlığı yüksək səviyyədədir”

    General Rövşən Əkbərov: “Azərbaycanda ...

    27-10-2015, 19:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu