GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mətbuat nümayəndələri dövlət başçısına müraciət ünvanladı (Yenilənib, FOTOLAR)

Mətbuat nümayəndələri dövlət başçısına müraciət ünvanladı (Yenilənib, FOTOLAR)

Tarix: 30-01-2014, 15:10 Bölmə :Ölkə Baxış: 695
 Mətbuat nümayəndələri dövlət başçısına müraciət ünvanladı (Yenilənib, FOTOLAR)
Bu gün - yanvarın 30-da qəzet sənayesinin təmsilçiləri - mətbuat orqanlarının rəhbərləri və yayım strukturlarının nümayəndələri Azərbaycan mətbuatında yaranmış ağır vəziyyətlə bağlı konfransa toplaşıblar.

Musavat.com-un məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən konfrans “Azərbaycan mətbuatı - problemlər, perspektivlər” adlanır. Konfransda redaktorlar, jurnalistlər, yayım şirkətlərində çalışan və hazırda işsiz qalmaq təhlükəsiylə üzləşmiş işçilər, deputatlar, ictimai-siyasi xadimlər də iştirak edir.

İlk olaraq çıxış edən Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən 2014-cü ilin əvvəlində səyyar qəzet yayımına qoyulan qadağa bu konfransın keçirilməsini zəruri edib. Onun sözlərinə görə, səyyar mətbuat yayımı mətbuatın üçdə birini, hətta bir qədər də çoxunu təşkil edir: “Hesab edirik ki, bu gün səyyar yayıma qoyulan qadağalar ümumilikdə mətbuata qoyulan qadağalardır. Ona görə buraya yığışdıq ki, müzakirə edək və qərar verək, ölkəyə qəzet, yazılı mətbuat lazımdırmı?”.

Səyyar satıcı, vitrini dağıdılmış Arif Əsgərov isə bildirib ki, 11 yanvar 2014-cü ildə paytaxtın mərkəzində, “Torqovı” adlanan ərazidə onun vitrini dağıdılıb: “Əlimizdə sənəd var, Ticarət Departamenti bizə sənəd verib. Mən Səbael rayon Polis İdarəsinin rəisi İlqar Mahmudova bildirdim ki, burada qəzet satanların əksəriyyəti əlil və aztəminatlı insanlardır, hər gün ölkədə insanlar özünü yandırır. İlqar Mahmudov isə dedi ki, yandır, benzin yoxdursa, verim. Mən onun cəzalandırılması üçün dövlət başçısına və bir çox aidiyyatı qurumlara müraciət etmişəm”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə çıxışı zamanı mətbuatın durumunun yaxşı olmadığını vurğulayıb: “Ənənəvi mətbuat sıradan çıxmaq təhlükəsi qarşısındadır. Bu, baş verdiyinə və mərhələli şəkildə getdiyinə görə hər kəs - yayıcılar, satıcılar, qəzetlər, jurnalistlər - hamı zərər görür. Biz yığışıb, həyəcan təbili çalırıq ki, yazılı mətbuatı və iş yerimizi qoruyaq. Kimin xəbəri yoxdursa, xəbərdar edək. Ənənəvi yazılı mətbuatı, qəzetləri qorumağa çalışaq”.

R.Arifoğlu ölkə mətbuatının yayım problemindən detallı danışıb, “Qaya” və “Qasid” firmalarının köşklərinin götürülməsindən, “Metroservis”in bağlanmasından, yeni köşklərin qəzet satışına qoyduğu qadağadan, nəticədə qəzetlərin tirajının azalmasından və real çökmə təhlükəsindən bəhs edib. Onun sözlərinə görə, Mətbuat Şurası redaktorlarla birgə yayım problemini müzakirə edərək, təkliflər hazırlasa da, vəziyyət dəyişməyib: “Mətbuat yayımının, səyyar satışın daha da təkmilləşdirilməsinə dair təkliflər hazırladıq. Təklifləri göndərdik, Prezident Adminstrasiyasına... Gözləyirdik ki, təkliflərdən sonra vəziyyət dəyişəcək. Amma məlum oldu ki, 2014-cü il yanvarın 1-dən bütün əl yayımı sisteminin lisenziyası ləğv olunub. Faktiki olaraq, biz gündəlik əl yayımına 3 min nüsxə qəzet verirdiksə, indi 1100 nüsxə veririk".

R.Arifoğlu media qurumlarının və yayımçıların yanvarın 31-də Sabir bağında piket keçirəcəyini və bununla bağlı artıq meriyaya müraciət ünvanlandığını xatırlatdı. Həmçinin dövlət başçısı İlham Əliyevə müraciət hazırlandığını və bu tədbirdə imzalanacağını qeyd etdi.

Daha bir neçə çıxışdan sonra dövlət başçısına göndəriləcək müraciət səsləndirildi və imzalandı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətbuat yayımı ilə bağlı konfrans keçirilir

    Mətbuat yayımı ilə bağlı konfrans keçirilir ...

    30-01-2014, 12:52

  • 
  • Qəzetlər səyyar satışa qadağadan çıxış yolu axtarır- FOTOLAR

    Qəzetlər səyyar satışa qadağadan çıxış yolu ...

    17-01-2014, 15:19

  • 
  • Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı

    Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı ...

    27-01-2014, 13:41

  • 
  • Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı

    Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı ...

    27-01-2014, 13:41

  • 
  • “Gündəmxəbər” qəzeti çıxsın, çıxmasın?..

    “Gündəmxəbər” qəzeti çıxsın, çıxmasın?.. ...

    15-01-2014, 17:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu