Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə ailə üzvləri ilə görüş icazəsi verilib. İndiyə qədər belə icazə olmamışdı.
Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, yanvarın 28-də Anar Məmmədli ilə görüşüb: “Vəziyyəti normaldır, səhhətində problem yoxdur. Dünən prokurorluqdan mənə zəng vurub dedilər ki, görüşlə bağlı qaldırdığım vəsatət təmin olunub. Anar Məmmədlinin ailə üzvləri onunla görüşə biləcək”.
Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Sorğu
Yeni dizaynımız necədir?