GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Standarta sığmayan standart salonlar

Standarta sığmayan standart salonlar

Tarix: 30-01-2014, 12:58 Bölmə :Ölkə Baxış: 1 029

Gözəllik salonu bizi həm də xəstələndirə bilər. Belə xidmət mərkəzlərində sanitariya qaydalarına riayət olunmaması QİÇS, Hepatit C kimi xəstəliklərin yayılmasında vasitəçi rolunu oynayır.

Standartlar nə deyir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 oktyabr 2013-cü ildə “Məişət xidmətləri. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” adlı dövlət standartlarını təsdiqləyib. Sənədə əsasən, bərbərxana xidmətləri üç cür təsnif olunur: ən azı bir xidmət göstərən adi bərbərxanalar, ən azı iki xidmət göstərən bərbərxana salonları və üç və daha çox xidmət göstərən lüks gözəllik salonları.

Mövcud standartlara görə, lüks salonlar xidmət göstərməklə yanaşı, kosmetika və ətriyyat satışını da həyata keçirə bilər. Digər iki bərbərxana xidməti üçün bu hüquq tanınmır. Bu standartların tətbiqində məqsəd gözəllik salonlarında xidmətlərin təşkilinə dair tələbləri müəyyənləşdirməkdir. Sənəddə bu sahibkarlıq növü çərçivəsində müştərilərə aşağıdakı xidmətlərin göstərilməsi qeyd olunur:

saç kəsilməsi;

üzün qırxılması;

dərinin təmizlənməsi;

dərinin masaj edilməsi;

manikür və pedikür;

pariklərin qoyulması.

Standartlara görə, sahibkarlar bu fəaliyyəti həm stasionar qaydada, yəni bilavasitə özlərinə məxsus xüsusi təşkil olunmuş binalarda, həm də səyyar formada, yəni müştərilərin sifarişi əsasında onların təklif etdiyi yerlərdə göstərə bilər.

Sənəddə gözəllik salonu biznesiylə məşğul olan sahibkarlar üçün təhlükəsizlik və ekoloji tələblər də müəyyən edilib. Məsələn, təhlükəsizlik tələblərinə görə, gözəllik salonlarında vaxtı ötmüş materiallardan, sertifikatsız avadanlıqlardan istifadə qadağandır. Yaxud qüvvədə olan ekoloji standartlara əsasən, gözəllik salonları normativlərə uyğun isitmə və havalandırma sisteminə malik olmalı, su və kanalizasiya şəbəkəsinə qoşulmalıdır.

Gözəllik salonlarının sahibləri ilə söhbətlər onu deməyə əsas verir ki, bu sahədə əsas iki problem var: 1. Sahibkarlar və xidmət göstərən şəxslər standartlar barədə məlumatsızdır; 2. Sterilizə və dezinfeksiya normalarına tam əməl olunması həddindən artıq baha başa gəlir və bu halda salon xeyli ziyana düşür.

Söhbət apardığımız sahibkarlar qeyd edir ki, dezinfeksiya üçün alətlər, mikrobları öldürən lampalar, mayelər bahadır. Həmçinin dezinfeksiya vasitələrinin istifadə müddəti var.

Gözəllik salonlarında tez-tez istifadə edilən biqudilər, örtüklər və saçların kimyəvi burulması üçün torlar sabunlu suda yuyulmalıdır. Daraqların, şotkaların, saç kəsmək üçün nəzərdə tutulmuş qayçıların da sabunlu su ilə təmizlənməsi, bir neçə saat ultrabənövşəyi şüa buraxan qutuda saxlanması vacibdir. Kosmetik alətlər sabunlu su ilə yuyulmalı və həmin qutuda saxlanmalıdır. Elektrodlar, fizioterapiya avadanlıqları və alətləri spirtlə təmizlənməlidir. Dərini zədələyə biləcək manipulyasiya alətləri (manikür, pedikür, üzün təmizlənməsi və digər kosmetik xidmətlərin göstərilməsində istifadə olunan alətlər) dezinfeksiya olunmalı, sterilizə edilməli və bu, hər müştəri ilə iş başa çatdıqda təkrarlanmalıdır. Yəni onlar suya qoyulmalı, axar su ilə yuyulmalı və sterilizə edilməlidir. Ən yaxşısı, birdəfəlik alətlərdən istifadədir. Amma onların keyfiyyəti uzunmüddətli alətlər qədər olmur.

Cərimələr və sanksiyalar

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov mediaya açıqlamasında bildirib ki, Bakının gözəllik salonları və bərbərxanalarında mütəmadi olaraq monitorinqlər aparılır, nəticədə bir sıra pozuntular üzə çıxır: “Məsələn, təcrübəli ustaların yanında gənc şagirdlərin olduğunu tez-tez görürük. Onların elementar tibbi baxışdan keçməsinə heç kim nəzarət etmir”.

Ziyəddin Kazımovun sözlərinə görə, bu gün salonlardakı əsas problem gigiyena normalarına əməl olunmamasıdır. Bu, hələ də hepatit, QİÇS, müxtəlif dəri xəstəliklərinə yoluxma və pedikulez (başqa sözlə, bitlər) hallarının yayılmasına imkan verir. Bunun üçün daim xüsusi sterilizə olunmuş vasitələrdən istifadə edilməlidir. Salonların əksərində dezinfeksiyanın aparılması üçün lazımi vasitələr olsa da, işçilər və gənc şagirdlərin çoxu onlardan istifadə qaydalarını bilmir. Bu, onların özlərinin də müxtəlif xəstəliklərə yoluxma riskini artırır.
Standarta sığmayan standart salonlar
Gözəllik salonlarının sayı həddindən artıq olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir. Amma gigiyena qaydalarını kobud şəkildə pozan bir neçə salon artıq üzə çıxarılıb. Onlardan səkkizi qapadılıb. Belə salonların rəhbərlərinə qarşı sanksiyalar və cərimələr tətbiq olunur.

Təcrübə göstərir ki, təmizliyə riayət olunmaması bir müddət heç bir problem yaratmasa da, uzun perspektivdə ciddi ziyanla sonuclana bilər. Sanitar qaydaları pozan salonlara ən azı müştəri bir də getməyəcək.

Çıxış yolu

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevin dediyinə görə, gözəllik salonlarının sahibləri ilə müsahibələrdən aydın olur ki, onlar texniki tələblərdən və qanunvericilik normalarından, demək olar, tam xəbərsizdir: “Halbuki, məsələn, qanunvericilik bu sahədə çalışanların ildə azı 2 dəfə tibbi baxışdan keçməsini tələb edir, onların yalnız sertifikatlaşdırılmış avadanlıqlardan və kosmetoloji məhsullardan istifadəsinə icazə verir. İstifadə olunan avadanlıq və cihazlar ultrabənövşəyi şüalar buraxan xüsusi aparatlar vasitəsilə dezinfeksiya olunmalıdır.

Gözəllik salonu və bərbərxana xidməti biznesi ilə bağlı mühitin sağlamlaşdırılması üçün sanitar-epidemioloji nəzarət, monitorinqlərin keçirilməsi istiqamətində ayrıca qaydaların hazırlanmasına, sahibkarların həmin qaydalar haqda müfəssəl məlumatlandırılmasına ehtiyac var”.
Bəkir Nərimanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərbərxanalar üçün yeni standartlar hazırlandı

    Bərbərxanalar üçün yeni standartlar hazırlandı ...

    11-10-2013, 22:18

  • 
  • Müştərilərə çılpaq qadınların xidmət göstərdiyi bərbərxana aşkarlanıb - VİDEO

    Müştərilərə çılpaq qadınların xidmət göstərdiyi ...

    2-07-2015, 14:42

  • 
  • “Gözəllik salonu” biznesinin təşkili: nə, necə dəyişməlidir?

    “Gözəllik salonu” biznesinin təşkili: nə, necə ...

    16-01-2014, 14:43

  • 
  • Ramiz Həsənov şadlıq evlərini nəzarətə alır

    Ramiz Həsənov şadlıq evlərini nəzarətə alır ...

    28-12-2012, 12:19

  • 
  • Bakıda massaj salonlarından reportaj (VİDEO)

    Bakıda massaj salonlarından reportaj (VİDEO) ...

    15-12-2014, 21:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu