GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gözəllik salonu” biznesinin təşkili: nə, necə dəyişməlidir?

“Gözəllik salonu” biznesinin təşkili: nə, necə dəyişməlidir?

Tarix: 16-01-2014, 14:43 Bölmə :Ölkə Baxış: 1 277
“Gözəllik salonu” biznesinin təşkili: nə, necə dəyişməlidir?
Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarının təhlili göstərir ki, Azərbaycanda gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsi elə də geniş deyil.

Komitənin məlumatına görə, 2012-ci ildə əhaliyə göstərilən pulu xidmətlərin həcmi 5,8 milyard manat olub ki, həmin məbləğin cəmi 48 milyon manatı və ya 0.8% faizi gözəllik salonları və bərbərxana biznesinin payına düşüb. Öz növbəsində, bu xidmətlərin adambaşına düşən həcmi illik 5.2 manat olub.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı tədqiqatda qeyd olunur ki, Bakı şəhəri ilə müqayisədə ölkənin regionlarında bu xidmətin dövriyysi xüsusilə məhduddur. Məsələn, 2012-ci ildə Bakı şəhərində bərbərxana xidmətlərinin adambaşına həcmi ölkə üzrə orta göstəricidən təxminən 2.5 dəfə yüksək olub. Amma Gəncə kimi iri şəhər üzrə müvafiq göstərici paytaxtın göstəricisindən 3 dəfə aşağı olub. Bərbərxana xidmətlərinin adambaşına həcmi Oğuz, Daşkəsən, Qusar və Ağcəbədi kimi rayonlarla müqayisədə orta hesabla 4-5 dəfə yüksək olub.

Məlumatlardan da göründüyü kimi, hələlik gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsi kiçikdir. Lakin rəsmi məlumutlar son illər bu xidmətlər üzrə dövriyyənin sürətlə artdığını göstərir. Belə ki, 10 il ərzində (2002-2012-ci illərdə) bu xidmət üzrə döviyyənin məişət xidmətləri üzrə məcmu dövriyyədə xüsusi çəkisi 0.9 faizdən 6.8 faizə yüksəlimiş, mütləq göstəricidə dövriyyənin həcmi 8 dəfəyədək aratmışdır.

Bunula belə, rəsmi statistikada Azərbaycanda, həmçinin ölkənin ayrı-ayrı regonlarında mövcud olan gözəllik salonlarının sayı, xidmət müəssisələrinin ölçüsü, bu sektorda məşğul olanların sayı barədə heç bir məlumat yoxdur. Amma ayrı-ayrı ölkələrin və iri şəhərlərin timsalında əldə olunan informasiyalar göstərir ki, dünyada orta hesabla əhalinin hər 3000-4000 nəfərinə bir gözəllik salonu düşür. Məsələn, hazırda Moskvada 2800 gözəllik salonu və ya şəhər əhalisinin hər 4000 nəfəri hesabı ilə bir gözəllik salonu fəaliyyət göstərir. Həmin salonların cəmi 78-i və ya 2,7 faizi bir şəbəkəyə məxsusdur. Yerdə qalan salonlar bir-birindən tam müstəqil fəaliyyət göstərən sahibkarlıq strukturlarıdır. Bu fakt onu göstərir ki, Rusiya paytaxtında gözəllik salonu biznesi yetrincə rəqabət mühitində inkişaf edir. Marketoloqların hesablamasına görə, bu şəhərdə bazarın potensial tutumu 500 milyon dollar və ya bir sakin hesabı ilə 50 dollar təşkil edir.



“Gözəllik salonu” biznesinin təşkili sahəsində problemlər: nəticələr və təkliflər

İTYİB-nin eksperti Rövşən Ağayev deyir ki, gözəllik salonu və bərbərxana xidməti biznesinə münasibətdə səlahiyyətli qurumların yanaşmasında əlahiddə fərq yoxdur. Ekspert bldirir ki, digər biznes fəaliyyətlərində olduğu kimi, bu strukturlar da müntəzəm olaraq aşağıdakı orqanlarla görüşməli olurlar:

* vergi məsələlərilə bağlı vergi orqanları;

* yanğın təhlükəziliyilə bağlı fövqaladə hallar üzrə qurum;

* əhalinin sağlamlığı ilə bağlı sanitar-epidiomoloji nəzarət orqanı;

* icbari sosial ayrımalarla bağlı dövlət sosial müdafiə təşkilatı;

* əmək münasibətlərinin və əmək şəraitinin tənzimlənməsilə bağlı əmək müfəttişliyi;

* əraziyə məsul polis sahə müvəkkili;

* rayon icra hakimiyyətinin ticarət və xidmət məsələlərinin tənzimlənməsinə məsul qurumu.

Onun qənaətinə görə, müsahiblərin təhlili gözəllik salonu və bərbərxana xidməti biznesi sahəsində aşağıdakı problemləri ortaya qoyur:

* Vergi sahəsində. Ekspert bildirir ki, vergilər vaxtlı-vaxtında ödəndikdə vergi orqanları ilə sahibkarlar arasında problem demək olar ki, yaranmır: “Lakin nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə adətən problem verginin məbləğinin müəyyən olunması ilə bağlı yaranır. Belə ki, belə obyektlər üçün bəzən vergi orqanları öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli yüksək olur”.

* Sanitar-epidiomoloji nəzarət sahəsində. Rövşən Ağayev deyir ki, bu sahədə çalışan sahibkarların demək olar ki, gözəlik salonlarında çalışan işçilərin bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsizdirlər: “Halbuki, məsələn, qanunvericilik bu sahədə çalışanların ildə azə 2 dəfə tibbi baxışdan keçməsini, onların yalnız sertifikatlaşdırılmış avadanlıqlardan və kosmetoloji məhsullardan istifadəsinə icazə verir. İstifadə olunan avadanlıq və cihazlar ultrabənövşəyi şüalar buraxan xüsusi aparatlar vasitəsilə dezinfeksiya olunmalıdır”.

Ekspert digər sahələrdə olan vəziyyəti belə şərh edir:

* Əmək və sosial hüquqlarla bağlı məsələlərin tənzimlənməsi sahəsində. Müsahibəlrədən aydın olur ki, əmək müfəttişliyi və sosial müdafiə qurumları ilə münasibətlərdə ciddi problemlə üzləşmirlər.

* Hakimiyyət orqanları ilə münasibətlər sahəsində. Bir çox qurumlarla qeyri-rəsmi ödənişlər sayəsində münasibətləri yoluna qoymaq mümkün olur. Bu sırada ilk növbədə polis orqanları və yanğın təhlükəsizliyinə məsul qurumların adı çəkildi.

* Kommunal xidmət orqanları ilə münasibət sahəsində. Gözəllik salonları və bərbərxanalar üçün vacib olan kommunal xidmətlər elektrik enerjisi, su və kanalizasiya xidmətləridir. Müsahibələr zamanı sahikrların bu xidmətlərin əldə edilməsi ilə bağlı əsas narazılıqları aşağıdakılar olub: (1) bu xidmətlər üzrə tariflərin həcmi kiçik və iri sahibkarlıq subyektləri üzrə differensial olmalıdır; (2) bu xidnmətlərin əldə olunması üçün texniki şərtlərin verilməsilə bağlı şərtlər kiçik sahibkarlıq subyektləri üçün əlverişli deyil: texniki şərtin əldə olunması üçün uzun müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb olunur. Bundan əlavə, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.

* Əmlakın əldə olunması və rəsmiləşdirilməsi sahəsində. Gözəllik salonu və bərbərxana üçün şəxsi bina tikmək üçün torpaq sahəsi əldə etmək üçün muhiti sahibkarlar şəffaf əlverişli hesab etmirlər. Müsahibələrdən aydın oldu ki, icar hakimiyyətlərindən torpaq sahəsinin əldə olunma qaydaları və şərtləri ümumiyytələ qeyri-müəyyəndir. Bələdiyyələrdən hərrac və müsabiqələr yolu ilə kiçik sahibkarlıq məqsədilə torpaq sahəsinin alınması bir qayda olaraq öncədən razılaşdırılıb qeyri-rəsmi ödəniş edilmədən mümkün deyil.

Rövşən Ağayev deyir ki, gözəllik salonu və bərbərxana xidməti biznesi ilə bağlı mühitin sağlamlaşdırılması, xüsusilə bu bizneslə məşğul olan kiçik sahibkarlar üçün əlverişli mühitin yaradılması üçün aşağıdakı addımların atılmasına ehtiyac var:

* Nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan, işçi sayı 2 nəfərdən çox olmayan gözəllik salonları və bərbərxanalar üçün vergi ödənişini asanlaşdırmaq üçün ciddi hesabat blanklarından istifadə əvəzinə mütləq həcmdə vergi ödənişləri nəzərdə tutula bilər. Bu zamana fərdi sahibkarlar üçün icbari sosial sığorta ayırmaları üçün hazırda tətbiq olunan vergitutma mexanziminin məqbul variantlardan biri ola bilər. Həmin mexanizmə görə, ölkənin paytaxtı, iri şəhərləri, rayon mərkəzləri və kəndləri üçün mütləq həcmdə vergi məbləği müəyyən edilə bilər. Onsuz da indiki halda kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan salon və bərbərxanalarda ciddi hesabat blankları tətbiq olunmur. Belə vəziyyət vergi orqanlarına öz subyektiv mülahizələri əsasında vergi təyin etməyə, sahibkarla vergi orqanı arasında qeyri-rəsmi sövdələşməyə (daha yüksək vergi müəyyən edib sonradan qeyri-rəsmi ödəniş müqabilində azaltmaq) şərait yaradır.



* Gözəllik salonlarına və bərbərxanalara sanitar-epidiomoloji nəzarət və monitorinqə dair ayrıca qaydaların hazırlanmasına, sahibkarlar həmin qaydalarla bağlı müfəssəl məlumatlandırılmasına ehtiyac var.

* Kiçik sahibkarlarlıq məqsədilə tikinti təyinatlı torpaq almanın şərtlərinin yüngülləşdirilməsi, bu sahədə şəffalığın artırılması vacibdir. Xüsusilə də rayon (şəhər) icra hakimiyyətlərindən kiçik sahibkarlarlıq məqsədilə torpaq sahəsi almanın şərtləri, qayda və prosedurları qanunvericilikdə çox dəqiq müəyyən olunmalı, müvafiq qurumların hazırladığı bələdçilər vasitəsilə sahibkarlar ətraflı məlumatlandırlmalıdır. Bələdiyyələrə 50 kvadratmetrədək sahədə xidmət məqsədli sahibkarlıq obyektləri tikmək üçün torpaq sahəsi ayırmaq üçün müstəqillik verilməli, bu prosesin hərrac və müsabiqələrdənkənar, bələdiyyə şurasının qərarı ilə reallaşdıra bilmək hüququ verilməlidir.

* Kiçik sahibkarlar üçün kommunal xidmətlərə çıxış imkanı asanlaşdırılmalıdır. Xüsusilə də elektrik enerjisi üçün texniki şərtin alınması ilə bağlı vahid pəncərə mexanizmi tətbiq olunmalıdır. Çünki hazırda texnili şərt alınarkən sahibkarar yol verilən enerji gücünün alınması üçün bir idarəyə, kodun açılması üçün başqa bir idarəyə, elektrik xəttinə qoşulmaq üçün üçüncü bir idarəyə, sayğacın qoşulması üçün tamam fərqli idarəyə müraciət etməli olur. Halbuki sahibkar sənədlərini bir yerə təqdim etməklə ütün xidmətləri sonunda paket halında əldə edə bilər. Eyni zamanda texniki şərtin alınması üçün müddət bəzən 2 ayadək çəkə bilir. Qanunvericilik bu müddəti maksimum 10 günədək qısaltmalıdır. Nəhayət, kiçik sahibkarlıq üçün istər su, istərsə də elektrik enerjisinə görə texniki şərtə görə ödəniş və rüsumların həcmi sahibkarlıq subyektlərinin ölçüsünə görə differensiallaşdırılmalıdır ("Turan").
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müştərilərə çılpaq qadınların xidmət göstərdiyi bərbərxana aşkarlanıb - VİDEO

    Müştərilərə çılpaq qadınların xidmət göstərdiyi ...

    2-07-2015, 14:42

  • 
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Standarta sığmayan standart salonlar

    Standarta sığmayan standart salonlar ...

    30-01-2014, 12:58

  • 
  • 2012-ci ildə qiymətli kağızlar bazarında yalnız təkrar səhm bazarı artıb

    2012-ci ildə qiymətli kağızlar bazarında yalnız ...

    1-02-2013, 11:02

  • 
  • Hər 100 azərbaycanlıda 110 telefon nömrəsi var – Statistika

    Hər 100 azərbaycanlıda 110 telefon nömrəsi var – ...

    12-02-2014, 23:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu