GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “AMAY”ın yeni sahibləri kimlərdir?

“AMAY”ın yeni sahibləri kimlərdir?

Tarix: 30-01-2014, 13:22 Bölmə :Ölkə Baxış: 780
 “AMAY”ın yeni sahibləri kimlərdir?
Məlum olduğu kimi, Bakının mərkəzində 5 ulduzlu otel, ofis və biznes mərkəzləri kimi istifadə olunan üç bina xarici daşınmaz əmlak şirkəti vasitəsilə satışa çıxarılıb. Bu məlumat daşınmaz əmlak biznesindəki mənbələrdən daxil olub. Söhbət Bakının daşınmaz əmlak baxımından ən bahalı küçəsində – “Köhnə dəyirman” kimi tanınan keçmiş taxıl emalı zavodunun yerində tikilmiş “Landmark Baku” otelindən, “Landmark-2” ofis mərkəzindən və “Landmark Plasa”dan gedir.

Binaların satışı üçün daşınmaz əmlakın satışı üçün “Basar İnternational Group” adlı beynəlxalq daşınmaz əmlak və maliyyə xidmətləri şirkətinə sifariş verilib. Şirkət obyektləri müştərilərə ayrı-ayrılıqda və ya birlikdə təklif edir.

Elanda göstərilir ki, binaların birində 5 ulduzlu, 115 yerlik unikal otel yerləşir. Digəri “Landmark-2” ofis mərkəzi kimi istifadə olunur. Üçüncü bina isə biznes mərkəzi kimi nəzərdə tutulub. Binaların hərəsi 135 milyon dollara satışa çıxarılıb. Potensial müştərilər binaların hər üçünü birdən ala bilər. Eyni zamanda binaların tək-tək satılması da mümkündür.

Elanda göstərilir ki, otel Bakının daşınmaz əmlak baxımından ən prestijli rayonunda, Hökumət Evindən 10 dəqiqəlik piyada məsafəsində yerləşir. Otelin də daxil olduğu üç binadan ibarət kompleks Bakıya səfərləri zamanı beynəlxalq təşkilatların rəhbərlərinin və diplomatların tez-tez baş çəkdikləri yerdir. Ofis mərkəzində bir çox xarici şirkətlərin ofisləri yerləşir. Otel və ofis binaları bir-biri ilə xüsusi yollarla birləşdirilib ki, bu da biznesmenlər, rəhbər şəxslər və diplomatlar üçün çox rahatdır.

Binaları satışa hansı mülkiyyətçinin çıxardığı məlum deyil. Bakıdakı biznes və rəsmi çevrələrdən də binaların sahibinin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, satışa çıxarılan binalar arasında məşhur qalmaqallı «A.M.A.Y» Ticarət Mərkəzinə aid bina da var. Mötəbər mənbənin bildirdiklərinə görə, yaxın günlərdə binanın alqı-satqısı prosesi həyata keçirilə bilər.

Xatırladaq ki, Azərbaycanda tək-tük bahalı binalardan hesab olunan «A.M.A.Y» Ticarət Mərkəzinin binası uğrunda uzun müddət mübarizə də aparıldı. İlk əvvəl «Azərsun» Holdinqin prezidenti Abdolbari Goozal «A.M.A.Y» Ticarət Mərkəzi şefi Abdulla Abdullayevi hədəfə aldı və onu çökərtməyə çalışdı. Sonradan Abdulla Abdullayev «TexnikaBank»ın köhnə rəhbərliyi ilə çəkişməyə girdi. Ardından da Mərkəzi Bank rəhbərliyini məhkəməyə verən Abdulla Abdullayev özünün kimlər tərəfindən hədəfə alındığını mətbuata açıqladı da.

Məhz TÜRK OLMASI səbəbindən hədəfə alındığını bildirən Abdulla Abdullayev iqtidardaxili kürd qruplaşması ilə çəkişmədə ictimaiyyətdən dəstək də istədi. Hətta Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adlı təşkilat yaradaraq ictimai-siyasi fəallığa da maraq göstərdiyini ortaya qoydu.

Təbii ki, rəqibləri onu hər zaman nişangahda saxladıqlarından «AMAY» şefini «qurşaqdan aşağı» zərbə təsiri bağışlayan bir təhlükə ilə də üz-üzə qoydular. Doğrudur, sonradan bu plandan imtina olundu. Amma yenə də Abdulla Abdullayev böyük bir təhlükənin astanasında idi. Söhbəğ Abdulla Abdullayevin adının dövlət çevrilişinə cəhd layihəsində hallandırılmasından gedir. Xatırlayırsınızsa, iki il əvvəl belə bir hadisə yaşandı və nüfuzlu qəzetlərdən biri bu barədə rəy yaratmağa çalışdı.

«A.M.A.Y» Ticarət Mərkəzinin rəhbəri bütün bu basqılara paralel olaraq əlindəki maddi imkanları qorumağa müvəffəq olsa da, siyasətdə öz naşılığının bəlasını kifayət qədər çəkməli oldu. Nəticədə Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin fəaliyyəti dayandırıldı.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, artıq Abdulla Abdullayevə son şanslar verilib: «Bu şansını istifadə etməklə o, yalnız əlindəki mülkləri pula çevirə bilər. Bu qədər. Onun daha hansısa formada parlaması imkansızdır».

Məlumatlara görə, yaxın günlərdə bu böyük alqı-satqı ilə bağlı rəsmi məlumatlar da yayıla bilər.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahmar Mövsümovun mülk marağı

    Şahmar Mövsümovun mülk marağı ...

    22-12-2012, 13:09

  • 
  • Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

    Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı ...

    18-01-2015, 20:44

  • 
  • Azərbaycandan olan iki milyarder əmlak kralı oldu

    Azərbaycandan olan iki milyarder əmlak kralı oldu ...

    3-02-2014, 20:43

  • 
  • Şahmar Mövsümov Sidneydə 350 milyona bank binası alır

    Şahmar Mövsümov Sidneydə 350 milyona bank binası ...

    6-11-2013, 23:03

  • 
  • Ev alanlar və satanlar: bu xəbər sizin üçündür

    Ev alanlar və satanlar: bu xəbər sizin üçündür ...

    13-06-2016, 01:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu