“Qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələrin böyük əksəriyyəti İrandan gətirilir”. Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş komitənin geniş kollegiya iclası ərəfəsində deyib. Onun sözlərinə görə, 2013-cü ildə gömrük orqanları tərəfindən Azərbaycana 135 kiloqramdan artıq narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Rusiyadan narkotiklərin gətirilməsi ilə bağlı bir neçə hadisə istisna olmaqla, yerdə qalan faktların hamısı İranla sərhəddə qeydə alınıb.
DGK sədri əlavə edib ki, diqqəti belə maddələrin qaçaqmalçılığının strukturuna yönəltmək lazımdır: "İlk dəfə qaçaqmalçılığın ümumi həcmində heroin yüksək xüsusi çəkiyə malikdir. Bu, diqqət yönəldilməsi lazım olan çox həyəcanlı faktdır. Uzun müddət biz ölkəyə kokain gətirilməsi cəhdləri ilə üzləşməmişik. Belə hallar 2013-cü ildə qeydə alınıb. Ən ciddi amil kimi bir çox sintetik maddələrin istehsalı üçün xammal rolunu oynayan metamfetaminlərin qaçaqmalçılığı, eləcə də tranzitini qeyd etmək lazımdır".
A.Əliyevin sözlərinə görə, bundan başqa, iri həcmdə mobil texnikanın və zərgərlik məmulatlarının qanunsuz daşınması cəhdlərinin qarşısı alınıb.
* * * 12:31
“Avro 4 standartına keçid gömrük tariflərinin yüksəlməsinə təsir etməyəcək”.
Virtualaz.org-un ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni tariflər mütləq avtomobil rüsumlarının qiymətlərinə təsir etməyəcək: “Avtonəqliyyat vasitələrinə tətbiq olunun vergi qarışımlar mütləq rəqəmlərdir. Söhbət əlavə dəyər vergisindən gedir. Mənə elə gəlir ki, rüsumların tariflərində elə də ciddi dəyişiklik gözlənilmir. Avro 4-ə cavab verən maşınların qiymətləri aydın məsələdir ki, Avro 2-dən daha yüksəkdir. Bu isə öz özlüyündə tənzimlənəcək. Düşünürəm ki məhz buna görə büdcə proqnozunun yerinə yetirilməsində problemlə üzləşməyəcəyik”.
Aydın Əliyev yeni standartlara keçidin və köhnə avtomobillərin tədricən aradan çıxmasının tıxacların aradan qaldırılmasına kömək edəcəyini də deyib: “Avro 4 keçməyimiz onu göstərəcək ki, idxal olunan avtomobillərə tələblər artır. Bu standarlara keçidlə eyni zamanda həm də ekologiyanı qoruyacayıq. Həmçinin mənə elə gəlir ki, köhnə avtomobillərin tədricən aradan qaldırılması tıxacların azalmasına səbəb olacaq. Eyni zamanda yol hərəkətinin daha intensiv hərəkətinə imkan yaradacaq. Bildiyiniz kimi, artıq Avropada Avro5-dən Avro 6-a keçid olunur. Biz inkişaf etmiş ölkəyik və mənə elə gəlirki, qəbul olunan qərarlar tamamilə düzdür”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?