150 kilodan çox narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
Kriminal 2013-cü ildə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub. Bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat müşavirəsində bildirilir.
Məlumata görə, həmçinin 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Xəzər dənizində Azərbaycana məxsus 55 gəmi, Rusiyaya məxsus 8 gəmi, İrana məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 274 qayıq barəsində zəruri tədbir görülüb.
Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 35 min metr tor və 500 ədəd qarmaq yığılıb.
Sorğu
Yeni dizaynımız necədir?