Bu gün Sabirabadda aksiya keçirilib. Rayonun Güdəcühür kəndində yerləşən qaçqın düşərgəsinin məskunlaşan Füzuli və Cəbrayıl rayonlarından olan 190 ailənin sakinləri etiraza qalxıb. 1994-cü ildən bu düşərgədəki fin evlərdə məskunlaşan məcburi köçkünlər ağır şəraitdə yaşadıqları və evlərinin qəzalı vəziyyətdə olmasına görə etiraz aksiyası ilə şikayətlərini aidiyyatı qurumlara çatdırmaq istəyiblər.
Bu barədə rayondakı sakinlərdən birini verdiyi xəbərə görə, köçkünlər magistral avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Onlar bu gün Şirvan şəhərinə səfərə gələn prezident İlham Əliyevlə görüşmək istədiklərini diqqətə çatdırıblar. Ancaq aksiya polis zorakılığı ilə dağıdılıb. Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qadın, uşaq fərq qoymadan zorakılığa əl atıblar. Bununla da aksiyaçıların İ.Əliyevlə görüşə getmələrinə mane olublar. Qaçqınlar problemləri həll olunmasa Prezident Admnistrasiyasına yürüş edəcəklərini bildiriblər. Həmin yürüşə Sabirabadın Şəhriyar kəndində yaşayan qaçqın və məcburi köçkünlərin də qoşulacağı gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?