QMİ sədrinin Abdullah adlı ərəb iş ortağı və Britaniya kəşfiyyatı ilə əlaqələri barədə məlumatlar sızdırıldı
Son günlər mediaya Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin ərəb fondları və ayrı-ayrı şəxslərdən rüşvət alması ilə bağlı məlumatlar ötürülür. Məlumatlar müxtəlif imzalarla göndərilsə də, müşahidələrimizə əsasən bunlar eyni mənbədən göndərilir. Eyni zamanda təhlil göstərir ki, Şeyxi müəyyən səbəblərdən vururlar. Ancaq ötürülən məlumatların bir qisminin doğru olması ehtimalını nəzərə alaraq bunları yaymağa qərar verdik.
Qeyd edək ki, daha əvvəl göndərilən iki materialda Şeyxin ərəblərdən aldığı pulların miqdarı və onların təyinat istiqamətləri göstərilmişdi. Sonuncu məlumatda isə ərəb iş adamı Əbdüləziz Babtinin Şeyxə verdiyi pulların məbləği və bunu təsdiq edən fikirlər qeyd olunmuşdu. Yanvarın 30-da redaksiyamıza göndərilən məlumatda isə Şeyxin səudiyyəli iş adamları ilə, o cümlədən Britaniya kəşfiyyatı ilə (?!) əlaqələrindən bəhs olunur. Məlumat o qədər absurd təsir bağışlayır ki, onu dərc etməyə lüzum görmürük. Sadəcə onu vurğulayırıq ki, Allahşükür Paşazadəyə qarşı internet məkanında başladılan kompromat müharibəsi getdikcə daha da böyüyür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?