İranın Hörmüzqan vilayətində güclü zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Gövhəran şəhəri olub. 5.5 bal gücündə olan zəlzələ fevralın 2-də Bakı vaxtı ilə saat 18:26-da yerin 8.3 km dərinliyində meydana gəlib.
Təbii fəlakət Gövhərandan (Hörmüzqan) 15 km, Manucandan (Kirman) 85 km və Qaləgəncdən (Kirman) 88 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur. Hazırda bölgədə kiçik təkanlar davam edir.
ANS PRESS-in məlumatına görə isə, İranın Hörmüzqan ostanının Bəstək şəhərində baş verən 5,5 bal gücündə olub.
İranın "Mehr xəbər agentliyi" zəlzələdə ilkin məlumatlara əsasən, 1 adamın dünyasını dəyişdiyini, 30 adamın isə yaralandığını bildirib.
Kömək və xilasetmə qruplarının bölgəyə göndərildiyi vurğulanıb.
Qeyd edək ki, bölgədə bir neçə kiçik təkanlar baş verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?