Tanınmış hüquqşünas hüquq-mühafizə orqanlarına səsləndi
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev son günlər ölkə mediasında erməni dəyirmanına su tökən yazılara və telekanallarda yayımlanan süjetlərə etirazını bildirir. Moderator.az-a açıqlamasında Əlövsət Əliyev bildirdi ki, müvafiq dövlət qurumları bu məsələyə xüsusi diqqət ayrımalıdırlar: “Bəzən mövqelərinə görə Azərbaycan mətbuatını Ermənistan mətbuatı ilə səhv salıram. Azərbaycan mətbuatı qarışıq ailənin (Orucovu nəzərdə tuturam) Ermənistana qaçdığını, Ermənistan isə bu ailənin sığınacaq almaq məqsədilə bir qədər əvvəl Avropa ölkələrinə müraciət etdiyini və rədd cavabı aldıqdan sonra isə eyni məqsədlə Ermənistana gəldiyini yazır. Mətbuat nümayəndələrinin nəzərinə catdırıram ki, Azərbaycan ərazisində hazırda 25 000 nəfər erməni yaşayır və onların bəziləri erməni adi və soyadı ilə Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasportla təmin olunublar, ölkəni tərk etmək niyyətində də deyillər və öz hüqüqlarının müdafiəsi üçün çəkinmədən hüquq-mühafizə orqanlarında və məhkəmələrdə mübahisələr də acırlar, hələ məhkəmələrdə azərbaycanlını da udurlar. Hakimiyyətin ən yüksək eşalononda da kifayət qədər erməni əsilli məmurlar var. Məncə bir qarışıq ailənin Ermənistana getməsinı bu qədər böyütmək düzgün deyil. Daha maraqlısı odur ki, olanların heç birisi Azərbaycanı tərk etmək istəmir və bəziləri müstəqillikdən sonra ölkəyə gələnlərdir. Sual oluna bilər, niyə onlar Azərbaycandan getmirlər, və ya niyə gedənlər yenidən Azərbaycana qayıdır. Hətta bəzən mən fikirləşirəm ki, Bakıda 25 min erməni ki, var, onlar bəlkə də ölən və itkin düşən şəxs kimi Ermənistanda qeydiyyatdadırlar.Yəni bizdə soyadını dəyişməklə yaşayanlar olduqca çoxdur. Ola bilsin onlar Ermənistanda Sumqayıt hadisələri və ya Bakı hadisələri zamanı itkin düşən və ya qətlə yetirilən kimi qeydə alınıblar. Odur ki, müvafiq orqanlar bu məsələni bir daha gündəmə gətirməli və dəqiqləşdirməlidirlər.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?