Təzyiqlər nəticəsində Azərbaycana qaçaraq sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan avqustun 15-i həyat yoldaşı ilə birlikdə öz evində olduğu zamanı erməni deputat Mqer Serdikyanın adamları tərəfindən döyülüb. Hadisə cütülüyün övladının gözü qarşısında baş verib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-nə Martirosyanın özü xəbər vermişdi.
Müxalifətçinin sözlərinə görə, hadisə zamanı döyülən həyat yoldaşı bətnindəki körpəni itirib. Hadisə ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılsa da, bu prosedur indiyədək yekunlaşmayıb.
Yayılan məlumatlarda erməni müxalifətçinin deputatın adamları tərəfindən döyülməsinə səbəb kimi onun “QazProm Ermənistan” şirkətinin cinayətkar əməllərini ortaya çıxarmasıdır.
Sorğu
Yeni dizaynımız necədir?