“Bu mövzuyla əlaqəli yeganə adam mənəm ki, “nala-mıxa vurmuram”, sözümü və fikrimi açıq elan edirəm”.
Bu sözləri “Axar.az”a açıqlamasında Qamət Süleymanov deyib.
O bu gün onunla bağlı yayılan informasiyaya cavab verərkən yenə də öz fikrində qaldığını deyib: “Ümumiyyətlə, Türkiyədə yaşayan və ya dinlə məşğul olan çalışsın ki, Azərbaycanın işlərinə qarışmasın. Ümumiyyətlə, kim nə deyirsə, hamısına cavab vermək düz deyil. Çünki ilk növbədə mən heç kimə fitva vermirəm ki, gedib orda döyüşsünlər. Mənim bu məsələ ilə bildirdiyim bütün fikirlər, ustad şeyxlərin sözlərinə əsaslanır. Demək olar ki, böyük islam alimlərinin sözlərini təkrarlayıram. Bir daha bildirəm ki, alimlərin sözlərinə istinadən, Suriyaya mücahidlərin göndərilməsinin əleyhinəyəm. Çünki onlar dini baxımdan gedib orda xəvaric olub gəlirlər. Gələndən sonra da bizləri, yəni xəvaric olmayan hamını öldürəcəklər. Səsləndirdiyim bütün fikirlər, Quran və sünnəyə əsaslanan alimlərin sözləridir”.
Qeyd edək ki, bu gün milliyətcə azərbaycanlı olan türkiyəli köşə yazarı Fürkan Azəri Qamət Süleymanovu kəskin tənqid etmişdi. O, Qamət Süleymanovu Suriyaya gedən döyüşçülərə dəstək verməməkdə günahlandırmışdı”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?