GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İsmayıllı məhbusları" Prezidentə müraciət etdilər

“İsmayıllı məhbusları" Prezidentə müraciət etdilər

Tarix: 4-02-2014, 16:32 Bölmə :Ölkə Baxış: 675
“İsmayıllı məhbusları" Prezidentə müraciət etdilər

Məhkəmə prosesini ABŞ səfirliyinin birinci katibi Stefan Qays da müşahidə edib

Fevralın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə həbs edilənlərin, o cümlədən, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL-ın sədri İlqar Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Bu dəfə ki, məhkəmə prosesində də ABŞ səfirliyinin 1-ci katibi Stefan Qays, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, Elman Fəttah və digərləri iştirak edirdilər.

Məhkəmə başayan kimi Müsavat başqanının müavini Tofiq Yaqublu vəsatət verərək İsmayıllı-Bakı magistral yolunun üzərindəki Dövlət Yol Polis İdarəsinə məxsus görüntülərin, həmçinin 24.01.2013-cü il saat 17:20 radələrində olan İsmayıllı rayonunun çıxışında olan yanacaqdoldurma məntəqəsindəki görüntülərinin də çıxarılmasını tələb etdi. Dövlət ittihamçısı isə bu vəsatətin artıq bir dəfə verildiyini və İsmayıllı polis rəisinin müavini Şöhrət Kərimovun otağında Tofiq bəylə olan söhbətin şahidlərin ifadəsi ilə artıq sübuta yetirildiyini dedi.

Dövlət ittihamçısının bu cavabı T.Yaqublunun etirazına səbəb oldu: “Mən ilk dəfədir ki, bu vəsatəti verirəm. Şöhrət Kərimovun otağında olanda orada heç kim olmayıb. Necə şahidlərin ifadələrində sübuta yetirilə bilər?” Ancaq hakim Rəşid Hüseynov T.Yaqublunun vəsatətini qəbul etmədi.

Daha sonra Asif Ağayev şahid qismində ifadə verərək, ona təzyiq edildiyini, yazılı ifadəsindən isə xəbərsiz olduğunu bildirdi: “Mən İsmayıllı rayonunun Soltan kəndindən şəhərə avtobus sürürəm. Məni polis bölməsinə aparanda dedilər ki, guya mən camaatı yığıb, mitinqə gətirmişəm. Mənim üzümü divara sıxaraq, psixoloji təzyiq ediblər. Mənim indi dediyim şifahi ifadəm düzgündür. Yazılı ifadəni mən yazmamışam, məcbur ediblər və yazılanlara qol çəkmişəm”.

Daha sonra hakim Elxan və Vüqar Ələkbərov adlı şahidlərin ifadələrini oxumaq istəsə də, vəkillər buna etiraz etdilər. Vəkillər bildirdilər ki, burada şahid qismində ifadə verən şəxslərin və zərərçəkmişlərin əksəriyyətinin ilkin ifadələri ilə buradakı şifahi ifadələri üst-üstə düşür. Ona görə də hər iki şəxs məcburi şəkildə məhkəməyə gətirilməlidir. Hakim qərara aldı ki, hər iki şəxs məcburi şəkildə növbəti məhkəmə prosesinə gətirilsin.

Daha sonra hakim bu günə qədər 86 şahidin dindirildiyini bildirərək, artıq kifayət olduğunu deyib. Tərəflər də hakimin bu qərarı ilə razılaşdılar.

T.Yaqublu hadisələrin baş verməsində birbaşa bağlılığı olan İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərovun şahid qismində məhkəməyə dəvət edilməsini istəsə də, hakim bunu qəbul etmədi.

Vəkil N.Kərimli sübut siyahısı ilə bağlı vəsatət verdi. Vəkil Fuad Ağayev MTN-nin və İsmayıllı rayonu Əməliyyat Şöbəsində olan çıxarışların da verilməsini tələb etdi. Hakim isə bunun sonda müşavirə otağında müzakirə ediləcəyini dedi.

Vəkil Xalid Bağırov da əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət verdi. O, şahidlərin ifadələrinin əksəriyyətində Ələsgər Bədəlovun adının çəkildiyini bildirərək, həmin şəxsin əlavə şahid kimi çağırılaraq, dindirilməsini xahiş etdi. Hakim R.Hüseynov bu vəsatətin də iki nəfər zərərçəkmiş dindirildikdən sonra müzakirə ediləcəyini bildirdi.

Daha sonra Nemət Kərimli “Yeni Müsavat”a İsmayıllı hadisələriylə əlaqədar videoçəkilişlərlə bağlı sorğu verdiyini dedi və 2 diski məhkəməyə təqdim etdi. Hakim isə həmin disklərə baxıldıqdan sonra qiymət veriləcəyini bildirdi.

Vəkil X.Bağırov İ.Məmmədovun hadisələr zamanı orda olmadığını təsdiq edən "Azadlıq" radiosunun diskini məhkəməyə təqdim etdi. Diskdə "Azadlıq" radiosunun “İşdən sonra” verlişində İlqar Məmmədovun müsahibəsi var. Yəni həmin saatda İlqar Məmmədov "Azadlıq" radiosunda olub. Hakim bu diskə baxıldıqdan sonra qiymət veriləcəyini dedi.

Bundan sonra elan edilmiş 10 dəqiqəlik fasilə zamanı İsmayıllı məhbusları "Yeni Müsavat" qəzeti vasitəsi ilə Prezidentə və DİN-ə müraciət edərək, onların haqqında yalan ifadə vermiş Şöhrət Kərimov, Əhməd Hacıyev, Məhəmməd Quliyev, Rauf Kərimov, Elzadə Cəfərov, Rəşad Əhmədov, Nicat Vəliyev, Vahid Məhərrəmov və Yunis Faktiyev adlı İsmayıllı rayon polis idarəsi işçilərinin ifadələrinin araşdırılmasını, onların yalan ifadə verdiklərinə görə cəzalandırılmasını xahiş etdilər.

Növbəti məhkəmə prosesi fevralın 10-da saat 10:00-da keçiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İsmayıllı prosesi" başladı

    "İsmayıllı prosesi" başladı ...

    18-11-2013, 11:29

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi təxirə salındı

    Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi ...

    26-02-2016, 12:03

  • 
  • Tofiq Yaqublu məhkəməyə gələnləri ayağa qaldırdı

    Tofiq Yaqublu məhkəməyə gələnləri ayağa qaldırdı ...

    10-01-2014, 12:07

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il cəza istədi

    Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il ...

    24-02-2014, 13:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu