Rza Zərrab "Trabzonspor"un idarə heyətində yer alacaq
Futbol Ebru Gündəşin həyat yoldaşı, Azərbaycan əsilli iş adamı Rza Zərrab “Trabzonspor”un idarə heyətinə keçir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab klub rəhbərliyinə seçilən 2 iş adamından biridir.
Hazırkı klub prezidenti İbrahim Hacıosmanoğlunu tikinti və şəhərsalma naziri Ərdoğan Bayrakdar dəstəkləyir. Ali Ağaoğlu ilə birgə Rza Zərrabın da klubun idarə heyətinə gətirilməsini məhz o istəyir. Zərrab mövsüm ərzində “Trabzonspor”a maddi yardım edib. Azərbaycanlı iş adamı klub rəhbərliyində yer almağa müsbət yanaşır.
Qeyd edək ki, “Trabzonspor”un hesabat-seçki konqresi 25-26 mayda keçirilib. Lakin çox keçmədən 4 nəfər klubun idarə heyətindən istefa verib. “Bordo-mavililər” Türkiyə Superliqasında 11 turdan sonra 7-ci pillədə yer alıb və Avropa Liqasında 4 turdan sonra J qrupuna 10 xalla başçılıq edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?