GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mirşahin nazirlərin yerini axtarır - (Video)

Mirşahin nazirlərin yerini axtarır - (Video)

Tarix: 10-02-2014, 00:07 Bölmə :Ölkə Baxış: 748
Bəzi dövlətlərin inkişafı daha çox şəhərlərin dirçəlişinə hesablanır.

Bu isə son nəticədə geridə qalmış kənd və ifrat inkişaf etmiş şəhər arasında kəskin təzad yaradır. Fərqli yaşayış səviyyələri fərqli mədəni səviyyələr doğurur. Uzaq sovet keçmişini xatırlayaq. Rayondan gələnlərə, şəhərdən gələnlərə necə yanaşıldığını yəqin ki, xatırlayanlar çoxdur.

Heydər Əliyevin siyasəti nəticəsində kənd və şəhərlərdən gələnlər Bakının sosial təbiətini dəyişdilər. Azərbaycanlı adı rayonlu və kəndli adını yedi. Milli-azadlıq hərəkatı məhz bu birlik nəticəsində mümkün oldu. Şəhidlər Xiyabanının 20 yanvar cərgələri həm də şəhər-kənd qovuşmasına əbədi abidədir və Azərbaycan öz müstəqilliyinə görə həm də bu faktora borcludur.

Bəzi eksklüziv istisnalarla regional fərqsizləşdirmə isə artıq İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin kursu şəhər və kənd arasındakı fərqin minimuma endirilməsinə yönəlib. Dövlət başçısının Heydər Əliyev Mərkəzində regionların sosial iqtisadi inkişafına həsr olunmuş toplantıda söylədikləri də elə bu məqsədə xidmət edirdi.

İlham Əliyev bölgələrdəki inkişafı yalnız binalarla, divarlarla, asfaltla bağlamır. O istəyir ki, rayonda yaşayan adam da özünü şəhərdəki kimi hiss etsin. Öz mətbəxi, öz ləhcəsi, öz adəti olsun, amma daha öz avamlığı, öz savadsızlığı olmasın. Onu heç kim aldada bilməsin.

Prezident burada rüşvət və korrupsiyaya qarşı barışmaz olacağını növbəti dəfə də elan etdi və əslində bu çağırış mənə şəxsən belə çatdı ki, rayonlarda, ucqar kəndlərimizdə rüşvət verməyə vadar edilənlər daha çoxdur, bu da onların iqtisadi savadsızlıqları ilə bağlıdır. Amma toplantı təkcə bu iki məqamla maraqlı deyildi. Diqqət tələb edən başqa məsələlər də var idi.

“Allah” sözünün kökü “Al!” deyil!

Əvvəla, dövlət başçısı məmurlara xalqla rəftarın keyfiyyəti ilə bağlı irad tutdu. Onlara bir daha yerlərini göstərdi və açıq mətnlə başa saldı ki, bu yer xalqın aşağı başıdır. Xidmətçi yeri. Dövlət başçısı bir qədər də irəli gedərək

təvazökarlığın nümunə ola biləcək bir yerinə çatdı.

Əlbəttə, prezident üçün bu fikirlər əslində yeni deyildi. O, sakinlərlə görüşlərində bu məzmunda fikirlər söyləmişdi. Amma bu dəfə özünün birinci xidmətçi olduğunu bəyan etməklə vətəndaşın nəzərində yüksək vəzifəlilər, yüksək çinlilər, səlahiyyətlilər statusunu dağıtdı. Vətəndaş anladı ki, bu günədək ona yuxarıdan aşağı baxan məmurlar bundan sonra yüksək səlahiyyətlilər deyil, yüksək məsuliyyətlilər olacaq. Prezident özünü nümunə göstərməklə məhz bu fərqi aradan qaldırmaq istədiyini göstərdi.

Doğrudan da: bir halda ki dövlət başçısından böyük adam yoxdur və o da özünü xalqın xidmətçisi, özü də birinci xidmətçisi adlandırır, onda baş nazir, baş nazirin müavinlərinin, nazirlərin, komitə sədri və digər məmurların yerini təsəvvür etməyə nə var ki?!

Bizcə, ortada bir psixoloji hədd var ki, məmur onu keçməlidir.

Var-dövləti ilə dövlətimizi qarışdıran və onları üçü birində hesab edərək şəxsi mülkiyyət və ya əmlakı kimi yanaşan məmurun özünü ağa mərtəbəsindən bir günün içində xidmətçi pilləsinə endirəcəyi inanılası deyil.

Amma əmr birincidən gəlib və əmri yerinə yetirmək lazımdır. Belə olan halda indi gərək sadə vətəndaşlar da əlaqə saxlamağa, məmurdan xidmətçiyə keçid prosesinin obyektiv və subyektiv çətinliklərini birlikdə adlamağa kömək etsinlər. Dövlət başçısının az qala yuxarıdan inqilab kimi atdığı addımın effektini artırmaq həm də xalqdan asılıdır. Yəni xalq doğrudanmı istəyir ki, xidmətçi olmasın? Əksinə, ona xidmət etsinlər...

Artıq çoxdandır ki, nazirlər rayonlara gedir. Camaatla görüşür, adi adamların dərd-səri ilə maraqlanır, yerindəcə qərarlar qəbul edir...

Bu, əladır. Necə deyərlər, sabah dağlar durub Məhəmmədin ayağına gəlməsin deyə elə Məhəmməd bəri başdan dağlara doğru gedir. Nazirlərin prezidentin tapşırığını bu ciddiyyətlə yerinə yetirməsi məhz həmin o psixoloji xəttin yarılmasıdır. İndi qalır bircə ötkəm, özündənmüştəbeh maneranı aradan qaldırmaq. Yəqin ki, o da bir iki aya alınar.

Prezidentin son toplantıda səsləndirdiyi ikinci məqam məzmunca çox yeni idi. Daha doğrusu, ilk dəfə. İlham Əliyevin çıxışının əvvəlcə bu yerinə qulaq asaq. Prezidentin müxalifətin xaricdən dəstək alması barədə dediklərinə qulaq asaq.

İndi isə bir az da diqqətli olaq. Dövlət başçısından indi eşidəcəklərinizi mən tam soyuqqanlılıqla sensasiya adlandırıram. Beləliklə, buyurun.

Dövlət məmurunun xarici təsir altına düşməməsi zərurəti barədə deyilənləri etiraf edim ki, prezidentdən mən ilik dəfə eşidirdim. Ciddi siqnaldır. Görəsən, dövlət başçısına bu eyhamı vurmağa kim, hansı məmur vadar edib? Və prezidentin atacağı növbəti addımlar bizi daha hansı yeniliklərə hazırlayır.

Yeri gəlmişkən, eşitdiyiniz bəyanatın anonsunu cənab Əliyev hələ bir qədər əvvəl ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fonddan “İlin adamı” mükafatını qəbul edərkən vermişdi.
Mirşahin nazirlərin yerini axtarır - (Video)
Beləliklə, belə nəticə çıxararıq ki, İlham Əliyev ciddi islahatlar aparacaq, bu islahatlar kadrları da əhatə edəcək və onun artıq ilk simptomları var.

Və sonda dövlət başçısının müstəqillik barədə düşüncələrinin bir söz, sadəcə bir danışıq predmeti olmadığına niyə əmin olduğumu izah edim. İlham Əliyev müstəqilliyi sevir. Bu, onun xarakterindədir. Dövlət başçısı bu müstəqilliyin, azad və sərbəst fəaliyyətin incimək, əzab çəkmək aqibətini də məhz elə bu müstəqil təbəssüm naminə qəbul edir. İlk baxışda bu adi bir üz jestidir. Prezident də hər kəs kimi insandır, gülür, danışır. Amma dərinliyinə varanda, bu təbəssümün arxasında böyük bir gərginliyin, güc və siyasi dərrakənin dayandığını görməmək olmur.

İlham Əliyev çıxışında məmurları rüşvətə bulaşmamağa çağırdı. Məmurlar o gün cavab vermədilər. Yəqin cavab sonra olacaq. Amma diqqətli olmaq, prezidentə kömək etmək lazımdır. Necə? Camaat, buna görə bəlkə rüşvət verməyi tərgidək, hə? Onda görək kim bizdən rüşvət alacaq?! Və ya zorla rüşvət alacaq? Nə deyirsiniz? Bəlkə yoxlayaq?!

Allahın işini nə bilmək olar? Baxmayaraq ki, bəzilərinə görə elə Allah sözünün özünün də kökü “al”dır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ediləcək”

    Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ...

    6-02-2014, 12:01

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26

  • 
  • Bahar Muradova: "Azərbaycan demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurlara qısa müddətdə nail olub"

    Bahar Muradova: "Azərbaycan demokratik ...

    16-06-2016, 12:23

  • 
  • Heydər Əsədov: "Kartof, soğan bolluğu olacaq"

    Heydər Əsədov: "Kartof, soğan bolluğu ...

    28-12-2013, 23:56

  • 
  • Ulu öndərin anım mərasimi keçirildi

    Ulu öndərin anım mərasimi keçirildi ...

    6-05-2016, 13:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu