Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Qərarına etiraz olaraq bir qrup tələbənin fevralın 20-də universitetin həyətində planlaşdırdığı etiraz aksiyasına münasibət bildirib.
Rektor-deputat A.Məhərrəmov Publika.Az-a açıqlamasında deyib: “Aksiya boş söhbətdir, bu barədə yalandan şayiə yayırlar. Birincisi belə bir şey yoxdur. İkincisi isə bu dövlətin qanunudur və onu heç kəs dəyişə bilməz. Çünki birinci dəfə dövlət pul verir ki, tələbə oxusun. Əgər tələbə oxumursa, o zaman dövlət ikinci dəfə ona şərait yarada bilməz. Bu ona görə edilir ki, tələbə vaxtında məcbur olub oxusun”.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin məlumatına görə, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Qərarı etirazla qarşılanıb.
Məlumatda deyilir: “Tələbələr fevralın 20-də Bakı Dövlət Universitetinin həyətində etiraz aksiyası keçirməyi planlaşdırırlar"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?