Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, həmin qurumun icraçı direktoru Bəşir Süleymanlının və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi məhkəməyə göndərilib. “Turan”ın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Hakim heyətinin yaxın günlərdə məlum olacağı, bu ayın ortalarında hazırlıq iclasının keçiriləcəyi bildirilir. Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub. O, külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?