“Rayona dəyən ziyanla bağlı yaşayış məntəqələrindən informasiyalar toplanır”.
Bunu AzNews.az-a açıqlamasında Hacıqabul Rayon İcra Hakimiyyətinin birinci müavini Sahib Aslanov bildirib. O deyib ki, hələlik İcra Hakimiyyətinə ciddi dağıntı ilə bağlı məlumat daxil olmayıb: “Bu gün yerli vaxtla saat 16:15 dəqiqədə rayonda zəlzələ hiss edildi. Zəlzələdən sonra bütün nümayəndələr yerlərə ezam olunublar. Araşdırmaların nəticələri yaxın 1 saat ərzində açıqlanacaq”.
S. Aslanov zəlzələ baş verən zaman Hacıqabul Rayon İcra Hakimiyyətində toplantı keçirildiyini qeyd edib: “İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun sədrliyi ilə toplantı keçirilirdi. Zəlzələ toplantının təxirə salınmasına da səbəb oldu”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?