"Zəlzələ nəticəsində istər episentr olan Şəkidə istərsə də təkanların hiss edildiyi başqa rayonlarda hər hansı bir dağınti yaxud tələfat qeydə alınmıyıb."
Bunu ANS PRESS-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bildirib.
Onun sözlərinə görə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələdən sonra yaranan vəziyyəti izləyir və hazırda hər şey nəzarət altındadır.
"Ancaq FHN-in əməkdaşları hazırda zəlzələ qeydə alınan ərazilərdə araşdırmalalar aparır."-deyə O. Bayramov əlavə etdi.
Bu gün səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ baş verib. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.
Sorğu
Yeni dizaynımız necədir?