GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müsavat Bakı merinə müraciət etdi

Müsavat Bakı merinə müraciət etdi

Tarix: 11-02-2014, 16:39 Bölmə :Ölkə Baxış: 802
Müsavat Bakı merinə müraciət etdi

Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.


Məktubda deyilir ki, bu, Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması xahişi ilə Sizə ünvanladığımız beşinci müraciətdir. 17.01., 28.02., 07.03. və 08.05.2012-ci il tarixli müraciətlərimizdə bildirmişik ki, Müsavat Partiyasının qurultayında 700 nəfərədək qurultay nümayəndəsinin və yüzlərlə qonağın, mətbuat nümayəndəsinin, ümumilikdə isə ən azı 800-1000 nəfərin iştirakı gözlənilir.

Ona görə də 800-1000 nəfərin iştirakı ilə 2012-ci ilin müxtəlif tarixlərində Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edərək, bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan müxtəlif zalların, o cümlədən Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun olduğunu bildirmişik.

Qeyd etdiyimiz yerlərdən başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılmasının da məsələnin müsbət həllinə kömək edə biləcəyini nəzərə alaraq, biz müzakirələrə hazır olduğumuzu ifadə etmişik.

Bakı şəhər İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Z.Ramazanov tərəfindən imzalanan 02 mart 2012-ci il tarixli 7-935/17 saylı məktubu ilə bizə aşağıdakı yerlərin təklif olunduğu qeyd olunur: “Bildiririk ki, Bakı Şəhər İdman Kombinatında (Əl Oyunları Sarayı) bu ilin sonunadək respublikada bir sıra daxili və beynəlxalq yarışlann keçirilməsi planlaşdırılımış, eyni zamanda həmin yerin bu il Bakı şəhərində təşkil olunacaq «EUROVİSİON» Beynəlxalq Mahnı Müsabiqəsinin koordinasiya şurası tərəfindən hazırlıq işlərinin aparılması üçün ayrılması nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti partiyanızın planlaşdırdığınız növbəti VIII qurultayının aşağıda göstərilən yerlərdən birində keçirilməsini təklif edir:

1. A.İsgəndərov adına Mədəniyyət Evi (ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 27)

2. M.Məmmədyarov adına Mədəniyyət Evi (ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31)

3. S.Bəhlulzadə adına Mədəniyyət Evi (ünvan: Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 28)

4. “Bakı” kinoteatrı (ünvan: Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 20)

Təklif olunan yerlərdən birini seçərək, həmin yerin müdiriyyətinə müraciət etməyiniz tövsiyyə olunur”.

Təklif olunan yerlərə baxış zamanı məlum oldu ki, M.Məmmədyarov adına Mədəniyyət evi (ünvan – Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31) istisna olmaqla digər yerlərdə - A.İsgəndərov adına Mədəniyyət Evində, S.Bəhlulzadə adına Mədəniyyət Evində və “Bakı” kinoteatrında kütləvi tədbirlər keçirmək mümkündür.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, bizim qurultayda ən azı 800-1000 nəfərin iştirak edəcəyini nəzərə alsaq, yerlər az olduğu üçün bu zallarda Müsavat Partiyasının VIII qurultayının keçirilməsi mümkün deyil.

Beləliklə, 2012-ci ilin yanvar ayından başlayaraq Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi müvafiq iclas zalının ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığımız müraciətlərə müsbət cavab ala bilməmişik. Respublikanın paytaxtı olan Bakı şəhərində 800-1000 nəfərin yerləşə biləcəyi müvafiq iclas zalının olmaması və ya zalların Bakı şəhər İcra Hakimiuyyətinin balansında və tabeçiliyində olmaması haqqında yazılanlar həqiqəti əks etdirmir.

Əgər Bakı şəhər İcra Hakimiyyəti 2012-ci ilin mart ayının 30-dək Dövlət Neft Şirkətinin, hazırda isə Mədəniyyət və Turizm Nazirliyinin balansında olan S.Bəhlulzadə adına Mədəniyyət evini və özəl mülkiyyət olan “Bakı” kinoteatrını “Eurovision” yarışması ərəfəsində Müsavat Partiyasına qurultay keçirmək üçün təklif edə bilibsə, onda adıçəkilən yarışma başa çatdıqdan, ölkə başçısının Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından sonra Bakı şəhər İdman Kombinatının meydançasını, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının binasını və ya 800-1000 nəfərin yerləşə biləcəyi başqa bir iclas zalını təklif etməsi daha məntiqli olar. Bu həm də dövlətin onun qurucusu olan və yubileyinin keçirilməsi haqqında qərar verilən M.Ə.Rəsulzadəyə sayğısının nümunəsi olar.

Bu günə qədər belə təklifin olmaması Azərbaycan hakimiyyətinin 100 ildən artıq tarixə malik, Şərqdə ilk demokratik respublikanın yaradıcısı olan M.Ə.Rəsulzadənin qurduğu Müsavat Partiyasına ögey münasibətinin təzahürüdür. Hakim partiyanın rayon təşkilatına Azərbaycan Dövlət Akademik Teatrında, hakimiyyətyönlü gənclər təşkilatına ölkənin ən böyük zallarından birində yığıncaq keçirməyə imkan yaradan hakimiyyət bu haqqı bütün siyasi qüvvələrə, o cümlədən aparıcı müxalifət partiyası olan Müsavat Partiyasına da tanımalıdır.

Sizdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında” qanunun tələblərini yerinə yetirərək, 800-1000 nəfərin iştirakı ilə 24 may 2014-cü il tarixində səhər saat 1000-dan 2000-dək Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edirik. Əgər bizim təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikiriniz olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu bir daha bəyan edirik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavata qurultayı Gürcüstanda keçirmək məsləhət görülüb.

    Müsavata qurultayı Gürcüstanda keçirmək məsləhət ...

    1-05-2013, 14:31

  • 
  • Ədliyyə Nazirliyi Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib

    Ədliyyə Nazirliyi Müsavat Partiyasının ...

    4-09-2015, 17:04

  • 
  • Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

    Müsavat Partiyası seçkilərdə iştirakdan imtina ...

    28-10-2015, 16:42

  • 
  • Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI

    Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI ...

    24-09-2014, 11:24

  • 
  • Qurultay üçün Müsavatdan hər saata 220 manat istəndi

    Qurultay üçün Müsavatdan hər saata 220 manat ...

    17-09-2014, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu