"Müsavat Partiasının 8-ci qurultayının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlə müqavilə şərtlərinin razılaşdırılması məsələsinə baxılır”.
Bunu Simsar.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, BŞİH-nin ayırdığı yerdən əlavə şadlıq sarayları ilə də danışıqlar aparılır: “Partiya nizamnaməsinə olunan əlavə və dəyişikliklər Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində razılaşdırılıb. Proqrama edilən dəyişikliklərin müzakirəsi davam edəcək. Artıq digər lazım olan texniki işlər görülür. Bu gün saat 12:00-da namizədlərin qeydə alınması prosesi başa çatacaq.” “BŞİH-nin ayırdığı yerdə qurultayın keçirilməsi razılaşdırılıb sözünü demək olmaz. Sadəcə olaraq, biz müqavilə şərtləri ilə tanış olmalıyıq. Bilməliyik ki, müqavilə şərtləri necədir. Bizdə olan məlumata görə Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin icarəsi üçün bir saata 220 manat istənilir. Burda saatın sayı artanda qiymət düşmür. Sonuncu məlumata görə, hətta Kempniski Hotelinin bir saatı 270 manatdır. Sonrakı saatların sayı artanda qiymət azalır. Burda isə deyirlər ki, saatların sayı 220-yə vurulacaq. Biz bu şərtlərlə tanış olub, onları dəqiqləşdirib müəyyən məsələləri aydınlaşdırmaq qərarına gəlmişik” – G.Aslanlı belə deyib. Bildirək ki, sentiyabrın 27-də Müsavat Partiyasının sayca 8-ci qurultayı keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?