Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib.
APA-nın məlumata görə, nazirlikdən bildirilib ki, partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin ləğvi üçün şikayətçilər məhkəməyə müraciət etməlidirlər.
Müsavatın sabiq fəalı, şikayətçlərdən biri olan Əlövsət Əhədoğlu APA-ya bildirib ki, bu gün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onun ünvanına cavab məktubu daxil olub və məktubda məhkəməyə müraciət edilməsi məsləhət görülüb. Ə. Əhədoğlu qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.
Sorğu
Yeni dizaynımız necədir?