Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 7 Azərbaycan vətəndaşı saxlanılıb. Türkiyə polisinin İğdırda qaçaq yolla Türkiyəyə getmək istəyənlərə qarşı apardığı əməliyyatlar nəticəsində 7 Azərbaycan vətəndaşı saxlanılıb.
Polis saxlanılanlaran adı açıqlanmayan bir Azərbaycan vətəndaşını sorğu-sual etdikdən sonra həbs edib. Digər saxlanılan şəxslər isə ölkədən çıxarmaları üçün bölgə Ədliyyə Nazirliyinin Xarici Vətəndaşlarla İş üzrə Bölməsinə təhvil veriliblər.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev İnterpress.az-a açıqlamasında bildirdi ki, bu barədə xəbər nazirliyə yeni daxil olub. Hadisə araşdırıldıqdan sonra açıqlama veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?