Rusiyada azərbaycanlı “vorzakon” həbs olunub. Rusiya KİV-nə istinadən xəbərə görə, kriminal dairələrdə “Vaqif Bakılı” kimi tanınan 48 yaşlı avtoritet Vaqif Süleymanov restoranlarından birində saxlanılıb. Baxış zamanı onun üzərindən 116 min rubl götürülüb.
Mətbuatın əldə etdiyi məlumata görə, o, hansısa iş adamından zorla 18 milyon rubl ələ keçirib. Vaqiflə birgə onun əlaltısı, Gürcüstan vətəndaşı saxlanılıb. Onun üzərindən “Naqan” tipli tapanca götürülüb.
Qeyd edək ki, Vaqif bu ilin iyulunda məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa çıxmışdı. O, heroin saxlamaqda ittiham olunaraq iki il həbs yatmışdı.
Sorğu
Yeni dizaynımız necədir?