Rusiyada Rövşən Canıyevin sağ əli hesab edilən “qanuni oğru” Rafo Gəncinski saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbər yayıb.
Məlumata əsasən, Moskvada saxlanılan və cinayət törətməkdə ittiham olunan etnik qrupun bütün üzvlərinin azərbaycanlı olduqları bildirilir. Onların arasında kriminal aləmdə daha çox tanınan avtoritet 33 yaşlı Rafo Gəncinski də var. O, Moskvada adam öldürməkdə günahlandırılır. Faktla bağlı “adam öldürmə” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb.
Saxlanılan zaman onun üzərindən Daşkəsən rayonu sakininin adına olan Rusiya Federasiyasının saxta pasportu götürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?