İraq parlamentinə deputatlığa namizədlər sırasında 300-dən artıq cinayətkarın olduğu aşkarlanıb. İraqın Müstəqil Ali Seçki Komissiyasının (İHES) ofis direktoru Miqdad Şərifi bildirib ki, 317 deputatlığa nazmizədin namizədliyini ləğv edib.
Deputatlığa namizədlər içərisində xeyli sayda oğru, dələduz, tarixi və mədəniyyət əsərlərini satanlar, homoseksuallar və zorlama faktı ilə ittiham olunanların olduğu bildirilir.
Ona görə də yaxın gələcəkdə deputatlığa namizədlərin siyahısından hələ xeyli namizədin adı silinəcək. Iraq parlamentinə növbəti seçkilər 2014-cü ilin 30 aprelində keçirilməsi planlaşdırılır. Parlamentə 328 deputat seçilməlidir. Yeni parlament isə ölkənin yeni baş nazirini seçəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?