Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey “Pyotr Poroşenkonun bloku” Partiyasından deputat seçilmək niyyətindədir. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezidentin böyük oğlu Vinnitsadakı 12 saylı birmandatlı dairədən namizədliyini irəli sürəcək.
Partiyanın lideri Yuri Lutsenkonun sözlərinə görə, artıq birmandatlı dairələrdən namizədliklərini irəli sürəcək şəxslərin siyahısı təsdiqlənib və orada prezidenti n oğlunun da adı var.
Bundan əlavə, Aleksey Poroşenko “Pyotr Poroşenkonun bloku”nun Siyasi Şurasına da daxil olub. Sentyabrın 14-də partiya Ali Radaya seçilmək üçün mübarizəyə qoşulacaq 200 namizədin siyahısını açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?