Baş prokurora ünvanlanan bu müraciətdə bir ana fəryadı var və …
Redaksiyamıza ölkənin baş prokuroruna ünvanlanmış şikayət məktubu daxil olub. Zərərçəkmiş Cəbrayılov Rəhim Mustafa oğlunun qanuni nümayəndəsi Cəbrayılova Nailə Əziz qızı tərəfindən yazılan müraciətdə kifayət qədər maraqlı məqamlar yer alıb. Müraciət müəllifi yazır :
- Cənab Baş Prokuror! Səxsiyyətinizə böyük hörmət və ehtiramımı bildirməklə bu ərizəni sizə yazıram. İnanıram ki, ərizəmi sonadək oxuyub, çarəsiz ana təsiri bağışladığımı duyaraq öz səlahiyyətlərinizdən istifadə edərək acınacaqlı və ağır problemimin həll olunması barədə öz ciddi tapşırıqlarınızı verəcəksiniz. Bildirirəm ki, Zərdab Rayonu Burunlu kənd sakinləri,yetkinlik yaşına çatmış şəxslər İsgəndərli Rüfət Nadir oğlu, İsgəndərov Elzamin Nadir oğlu, Əhmədov Paşa Zamin oğlu, Cəbrayılzadə Şövqi Qalib oğlu və İsgəndərov Fəqan Şükür oğlu 2010-cu ilin oktyabr-noyabr aylarından 2011-ci ilin payız aylarına qədər mütamadi olaraq həmin kənd sakini,15 may 1996-cı il təvəllüdlü zərər çəkmiş şəxs oğlum Cəbrayılov Rəhim Mustafa oğluna zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişlər. Şövqi Cəbrayılzadə və qeyriləri həyat yoldaşımın RF-da, böyük oğlumun isə həqiqi-hərbi xidmətdə, oğlum Rəhimin özünün psixi cəhətdən xəstə və köməksiz vəziyyətdə olmasından istifadə etməklə onunla uşaqbazlıq və seksual xarakterli digər hərəkətləri etmiş, onu mal-qoyun otaran zaman çöldə daimi təzyiqdə saxlamış, bir qayda olaraq onu döyərək istəklərinə nail olmuşlar. 2011-ci ilin noyabr ayının sonlarında həyat yoldaşım RF-dan qayıdaraq Azərbaycana gəlib. 2012-ci ilin əvvəllərində onlar yenə də oğlum R. Cəbrayılovu təqib etmiş, lakin bu dəfə Rəhim atasının evdə olmasından ürəklənərək qaçıb evə gəlmiş və bu barədə mənə demişdir.Mən də öz növbəmdə Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim.Nəticədə onlar cinayət məsuliyyətinə cəlb olunaraq barələrində Azərbaycan Respublikası cinayət məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi başlanmışdır. Lakin Zərdab rayon Şöbəsinin istintaq qrupunun müstəntiqi Məsud Rəhimov tərəfindən aparılmış istintaqın nəticəsi olaraq Cəbrayılzadə Şövqi Qalib oğlu və İsgəndərov Fəqan Şükür oğlu cinayət məsuliyyətinə cəlb edilməyib. Həmin cinayət işində müstəntiq kobud qanun pozuntusuna və nöqsanlara yol verdiyinə görə Zərdab rayon məhkəməsinin hakimi 03 may 2012-ci il tarixdə cinayət işinin baxılmasına xitam vermiş və həmin cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edib. Cinayət işi aparılan zaman yol verilmiş nöqsanlardan ən əsası iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəbrayılzadə Şövqi Qalib oğlu və İsgəndərov Fəqan Şükür oğlu barəsində onların da oğluma qarşı seksual xarakterli hərəkətlər etmələrinə dair oğlumun ifadəsinin olmasına və həmin xüsusatların onların üzünə deyərək təstiq etməsinə baxmayaraq 08 aprel 2012-ci il tarixli qərarla təqsirləri sübuta yetməməsi əsası ilə onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra yenidən cinayət işi başlanılmışdır. Qeyd edim ki, artıq beş nəfər barəsində istintaq aparılmış və baxılması üçün Zərdab rayon məhkəməsinə göndərilmişdir. Ekspertizanın rəyinə əsasən, məlum olmuşdur ki, oğlum hadisə zamanı hadisənin xarakterini anlamış lakin mənasını dərk etmək qabiliyyətinə malik olmamışdır. Buradan açıq aydın görünür ki, oğlum köməksiz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MPEM-nin 15 may 2013-cü il tarixli 472 saylı rəyindən görünür ki, oğlumda yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Vəkilimiz Məhkəmə iclası zamanı əlavə olaraq vəsatət verərək oğlumun ona qarşı cinayət əməli törədilən zaman köməksiz vəziyyətdə olması nəzərə alınaraq təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi məqsədi ilə icraatın dayandırılaraq ibtidai araşdırmaya Prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir.Vəkilin vəsatəti təmin olunaraq təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətləri olduğu müəyyən edildiyinə görə, cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul olunmuşdur. Hal-hazırda cinayət işi araşdırılması üçün yenidən Zərdab rayon PŞ-nə həvalə edilmişdir. Lakin mən Zərdab rayon PŞ-nin müstəntiqinin bu işi obyektiv araşdırmasına şübhə edirəm. Hadisə baş verəndən bu günə qədər Zərdab rayon Hüquq Mühafizə Orqanlarının vəzifəli şəxsləri dolayısı yollarla təqsirləndirilən şəxsləri müdafiə etməyə çalışmışlar və yenə də çalışmağa davam edirlər. Cənab Prokuror! Mən bir ana kimi övladım Rəhimin başına gətirilənlərə dözə bilmirəm.Cinayəti törədənlər hələ də azadlıqdadırlar, bu günə kimi onların haqqında heç bir ciddi tədbir görülməyib və zorlama ilə bağlı heç birini tutmayıblar. Buna görə də xahiş edirəm oğluma qarşı zorlama tətbiq edən 5 nəfər İsgəndərli Rüfət Nadir oğlu,İsgəndərov Elzamin Nadir oğlu,Əhmədov Paşa Zamin oğlu, Cəbrayılzadə Şövqi Qalib oğlu və İsgəndərov Fəqan Şükür oğlunun tutulmalarına dair göstəriş verəsiniz, eyni zamanda işin araşdırılmasını ətraf rayonlardan birinə və yaxud DİN-nin istintaq şöbəsinə həvalə edəsiniz. Cənab prokuror, əgər məhkəmə obyektiv qərar çıxarmasa, o zaman mən məhkəmə binası önündə namusumu təmizləmək üçün oğluma və özümə od vuracam. Qeyd edək ki, bu müraciəti redaksiyamıza Zərdab sakini Cəbrayılova Nailə Əziz qızı ünvanlayıb.
Sorğu
Yeni dizaynımız necədir?