Milli Preventiv Qqrupun üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.
Hadisə Milli Preventiv Qrupun (MPQ) üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar. Başçəkmə zamanı MPQ üzvlərinin tövsiyəsindən sonra müəssisə rəhbərliyi ilə karantində olan sanitar qovşaqların sayının artırılması razılaşdırılıb. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətlərin yerində araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər.
Başçəkmə zamanı bu müəssisədə cəza çəkən bir sıra məhkum, o cümlədən Hilal Məmmədov qəbul edilib, onlara hüquqları, daxili rejim qaydaları və Ombudsmanın səlahiyyətləri izah olunub.
Habelə Ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində hazırda əsaslı təmir işlərinin davam etdirildiyi, palataların sayının artırıldığı, yeni stomatoloji kabinetin tikildiyi müəyyənləşdirilib.
Məhkumların qaldırdığı məsələlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə digər tövsiyələr də verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?