Ombudsman Aparatının əməkdaşları Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində (CÇM) olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanılan 10-dan çox şəxslə, o cümlədən Xədicə İsmayılova, Pərviz Həşimli, Sirac Kərimli ilə onların saxlanıldıqları kameralarda görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanılma şəraiti ilə bağlı mövcud vəziyyəti öyrəniblər.
Eyni zamanda görüş zamanı onlardan bəzilərinin qaldırdığı məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunaraq həllini tapıb.
Ombudsmanın nümayəndələri müraciətlərin araşdırılması məqsədi ilə həmin gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı və 11 saylı CÇM-lərində, habelə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində də olublar.
Bu müəssisələrdə qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?