Bakının mərkəzində iki ailənin üzvləri dava salıblar. gundemxeber.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində baş verib. Günorta saatlarında Bakı sakini, 71 yaşlı Sevindik Orucov və oğlu, 47 yaşlı Coşqun ilə 35 yaşlı Anar İbrahimov və bacısı 24 yaşlı Rabiyə dava ediblər.
Tərəflər bir-birlərini döyüblər. Ailələr arasındakı dava ətrafdakılar və polisin müdaxiləsi ilə dayandırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?