Bəlkə də ilk baxışda yazıya qoyulan başlıq çoxlarında təəccüb doğuracaq. Ölkədə demokratik bir şəraitdə məktəblilərə zorla verilən təhsilin müqabilində gələcəyimiz hesab edilən gənclərin gələcəyi necə olacaqdır? Belə bir təhsil Tovuz şəhər Aqil Qasımov adına tam orta məktəbdə verilir. Məktəb binası biabırçı vəziyyətdədir. Yenə şəhərin tam mərkəzində olmasaydı dərd yarıydı. Qəzalı vəziyyətdə olan və xeyli yaşa malik məktəb binası təhsil sistemi üçün tam yarasızdır. Az miqdarda yağıntı olan kimi palçıqdan binanın qabağından keçmək müşgülə dönür. Nə deyək, yəqin ki, Tovuz rayon İH və tovuzluların bu işdən yaxşı xəbəri var. Lakin burada əsas mövzu başqa şeydir. Tovuzda təhsil şöbəsinin uzun müddət müdiri işləmiş Şamil Alıyevi o qədər də tanıyan yoxdur. Çünki ictimaiyyətdə görünməz insanlardan olub. Deyilənə görə, vəzifədə olarkən Tovuz təhsili üçün deyil, özü üçün işləyib. Ötən il tutduğu vəzifəsindən kənarlaşdırıldıqdan sonra Tovuz şəhər Aqil Qasımov adına məktəbə direktor göndərilib. Bu məktəbə göndərilməsi də bizə elə gəlir ki, səbəbsiz deyil. Neçə illərdi Tovuz təhsilinə gün ağlamayan Şamil Alıyevi ona görə bu məktəbə göndəriblər ki, cəzasını özü çəksin. Görsün ki, neçə illər təhsil şöbəsinin müdiri işləyərkən bu məktəbə 1 para köməyi dəyibmi? Yalnız özü üçün yaşayıb. Bəs hazırda direktor olduğu məktəbdə vəziyyət necədir? Mövzu ilə bağlı adının çəkilməsini istəməyən həmin məktəbin müəllimlərindən biri belə danışdı ki, “ay sağ olmuşlar, Şamil müəllim buraya direktor təyin ediləndən məktəbin qara günləri başlayıb. Məktəbi də təhsil şöbəsinin gününə salıb. Bu kişini sözümüzü demək üçün yerində də tapmırıq. Səhərlər 1-2 saat görünüb “aradan çıxır”. Ondan sonra Şamil axtarırıq. Qaldı ki, məktəbdə şagirdlərə təhsili bağlı qıfıl altında veririk. Baxın, uşaqlar tənəffüs vaxtı məktəbdən qaçmasın deyə məktəbin kiçik və böyük dəmir qapıları çöldən qıfıllanır. Belə təhsil sistemini görəndə “Dəli Kür” filmindəki epizodlar yadıma düşür”. Bəli, neçə illər təhsil şöbəsinin müdiri olasan, təhsildəki biabırçılıqlardan “xəbərsiz” qalasan... Şamil Alıyevin məktəb direktorluğu da elə təhsilin müdiri olduğu dövrü xatırıladır. Direktorun pedaqoji hazırlıqsızlığı, tərbiyənin şagirdlərə düzgün aşılanmamasının nəticəsinə fikir verin ki, bu vəziyyət məktəbin qapılarının qıfıllanmasına gətirib çıxarır. Siz deyin, belə təhsil sistemi gələcəyimizə nə verəcək? Çoxmu vacibdir ki, işinin öhdəsindən gələ bilməyən Şamil Alıyev məktəb direktoru olsun? Verilən məlumata görə, Ş.Alıyevin işi heç də bununla bitmir. Təhsil şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılan gündən Tovuz Rayon İcra Hakimiyyətinin bşçısı Tofiq Zeynalovdan “danons” verməkdədir. Rayona ayrılan küllü miqdarda vəsaitin aidiyyətsiz yerlərə xərclənməsini Şamil Alıyev icra başçısı Tofiq Zeynalovdan gözəl bilir. Maraqlı burasıdır ki, bu “danons”ları Şamil müəllim təhsil şöbəsinin müdiri olarkən versəydi daha hörmətli olardı. Topuğa dəyəcək daşın istiqamətini yenidən Şamil Alıyevin dəyişməsi yəqin ki, özünə ziyansız ötüşməyəcək. Zorla verilən təhsil sisteminin direktoru Şamil Alıyev “qazanını ağzı örtülü qaynatması” daha məsləhətdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?