Fevralın 21-də səhər saatlarında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Gənclər Mərkəzində 2013-cü ilin yekunları ilə bağlı rayon ictimaiyyəti qarşısında hesabat verib.
Virtualaz.org bildirir ki, bu barədə musavat.com-a rayon sakinləri məlumat veriblər.
Sakinlərin bildirdiyinə görə rayon ictimaiyyəti nümayəndələrinin, müəllimlərin, ziyalıların və sadə insanların iştirak etdiyi toplantıda Qazax rayonunun deputatı Əhməd Vəliyev və Milli Məclisin Qazax-Ağstafa-Tovuz dairəsi üzrə deputatı İlyas İsmayılov da iştirak ediblər.
Tədbirin ümumilikdə sakit keçdiyini, problem yaşanmadığını bildirən sakinlər qeyd ediblər ki, bütün sakitlik respublikada ən bahalı sağlamlıq ocaqlarından biri - "Oksigen" klinikasının sahibi, "Odlar Yurdu" Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyevin çıxışı zamanı pozulub.
Belə ki, ölkədəki inkişafdan, Qazaxda aparılan abadlıq, yenidənqurma işlərindən, dövlət başçısının ölkə vətəndaşlarına, eləcə də Qazax sakinlərinə göstərdiyi qayğıdan danışan Ə.Vəliyev müəllimlərin maaşına da münasibət bildirib. O qeyd edib ki, müəllimlər üçün 150 manat maaş çoxdur.
Bundan dərhal sonra toplantıda təxminən 10 dəqiqəyə yaxın qarışıqlıq müşahidə edilib. Məlumata görə, heç kim bir kəlmə belə danışmayıb, sadəcə insanlar ayaqlarını yerə döyərək etiraz ediblər, tədbirin gedişinə mane olublar.
Rayon icra başçısı Ayaz Əsgərovun müdaxiləsindən sonra toplantıdakı sakitlik bərpa olunub və rayon ziyalılarının çıxışları ilə davam edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?