Ölkə başçısı İlham Əliyevin qərb bölgəsinə səfəri Qazaxda 2 məmurun qəzaya düşərək yaralanmasına səbəb olub. Bu barədə "7gun.az" saytı məlumat yayıb.
Saytın yazdığına görə, hadisə dünən olub. Qazax rayon Təhsil Şöbəsinin muduri Əhməd Dərgahquliyev və müavini Zakir müəllim İcra Hakimiyyəti binası yaxınlığında, Jiquli markalı avtomobildə hərəkət edərkən paytaxtdan məhz prezidentin səfəri zamanı mühafizə xidmətinin gücləndirmək üçün gələn qara "Jeep"lə toqquşub. Şahidlərinin sözlərinə görə, günah "Jeep"in sürücüsündə olub. Polislər dərhal "Jeep"i, nömrəsi çıxararaq, hadisə yerindən aparb Polis Şöbəsinin köhnə binasinın həyətinə salıblar. Əhməd Dərgahquluyev ağır, müavini isə nisbətən yüngül xəsarət alıb. Hər iki şəxs Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?