Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından yaradılmış saxta səhifədə daha bir yalan bəyanat yayılıb. Musavat.com-un məlumatına görə, bəzi saytlar Ramiz Mehdiyevin adından yayılan bəyanatı xəbər ediblər. Saxta səhifədəki statusda yazılıb:
“Bu gün BDU rəhbərliyinin məlum qanun/qərara görə tələbələrlə görüşü olub. Görüşün sual-cavab hissəsində universitetin tələbəsi ilə cənab Abel Məhərrəmov arasında belə bir dialoq olub:
Tələbə: Müəllim məni kəsib, rüşvət istəyir. Rektor: Sən pul versəydin, qiymət alardın. Məntiqlə danış!
Düşünürəm ki, bu təhsilimiz üçün çox böyük xoşagəlməz bir hal və ləkədir. Bir neçə dəfə qeyd etmişəm, yenə də qeyd edirəm ki, hər bir şəxs, hər bir tələbə özünün konstitusiyon hüquqlarına əsasən öz haqq və hüquqlarını qanun çərçivəsində tələb edə bilər.
Fikrimcə, ölkənin ən böyük universitetinin rəhbərliyi tələbələrlə bu cür davranırsa, bu haqda mütləq şəkildə bir ölçü götürülməlidir. Bu barədə cənab nazir Mikayıl Cabbarova da tapşırıqlarımı verərəm”.
Qeyd edək ki, R. Mehdiyevin rəsmi səhifəsi https://www.facebook.com/mehdiyevramiz?fref=ts ünvanında yerləşir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?