Mədət Quliyev Gülər Əhmədovanın təhlükə hay-küyünü əsassız saydı
APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib: “Bazar günü Gülər Əhmədovanın vəkili belə bir açıqlama ilə çıxış edib ki, guya qadın koloniyasına köçürülsə, onu təhlükə gözləyir.
Bu məlumat yayılan kimi dərhal tapşırıq verdim və o məsələni araşdırdılar. Nəticədə məlum oldu ki, bu, həqiqətə uyğun məlumat deyil. Gülər Əhmədovanın həyatına hər hansı təhlükə yoxdur”. M. Quliyev deyib ki, Penitensiar Xidmət hər bir məhkumun həyatına zəmanət verir
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?