Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov bir neçə gündən sonra hərbi xidmətdən qayıdacaq. Bu barədə azvision.az-a G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov məlumat verib. O oğullarının yolunu gözlədiklərini bildirib: “Toğrul yanvarda gələcək. Yolunu gözləyirik. Yevlaxda xidmət edir, yaxşıdır, zəng etməyə icazə yoxdur, ayda bir-iki dəfə gedib baş çəkirik”.
F.Əhmədov həmçinin Gülər Əhmədovanın vəziyyətinin yaxşı olmadığını deyib. Həyat yoldaşı eks-deputata infarkta qarşı iynələrin vurulduğunu bildirib: “Səhhətində problemlər var, ürək ağrıları olur. Həkimlər nəzarət edir, həkimlər infarkt keçirməməsini desələr də baxırsan ki, infarkta qarşı iynələr vurulur”.
Sabiq deputatın əri onu da əlavə edib ki, Gülər Əhmədova hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır, ümumirejimli cəzaçəkmə müəssisəsinə isə hələki köçürülməyib: “Gülər Əhmədovanın hökmü ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət vermişik. Bundan sonra onun günahkar olub-olmamağı bilinəcək. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?