“Apellyasiya şikayəti verildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə Apelyasiya Məhkəməsi bununla bağlı qərar çıxaracaq. Daha sonra məhkumun cəzaçəkmə müəssisəsinə göndərilməsi məsələsi həll olunacaq”. Bunu Modern.az-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov eks-deputat Gülər Əhmədovanın nə zaman cəzaçəkmə müəssisəsinə göndəriləcəyi barədə sualımıza cavab olaraq deyib.
Onun sözlərinə görə, Gülər Əhmədovanın vəkili bəyan edib ki, məhkəmə qərarından apellyasiya şikayəti vermək fikirləri var. “Məhkum olunmuş şəxsin belə bir hüququ var. Cinayət-prosessual qanunvericiliyində apellyasiya şikayəti vermək müddətləri var. Şikayətlərə apellyasiya baxışı keçiriləndən, müvafiq qərar qəbul olunur və ilkin məhkəmə qərarı qüvvədə saxlanırsa, təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilir. Gülər Əhmədova ilə də bağlı bu prosedur keçiləcək”.
Gülər Əhmədova hazırda Bakı İstinqtaq Təcridxanasında saxlanılır. Onun vəkili qarşıdakı bir həftə müddətində Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini deyib. Eks-deputatın vəkili Əfsər Talıbovdur.
Xatırladaq ki, məhkəmə Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?