Keçmiş səhiyyə naziri məhkəmə prosesində yenə də şüşə kabinəyə salınıb
Bu gün keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi davam etdirilib. Məhkəmə prosesində Əli İnsanov yenə də şüşə kabinəyə salınıb. Bu günkü məhkəmə prosesinə Milli Şuranın sədri Cəmil Həsənli də qatılıb.
Əli İnsanov məhkəmənin iclas zalına gətirilərkən, Cəmil Həsənli onunla qısamüddətli də olsa, görüşə bilib. Əli İnsanov Cəmil Həsənliyə deyib ki, "Bu iqtidarın sonuna çox az qalıb".
Cəmil Həsənli isə Əli İnsanova öz kitabını hədiyyə edib.
Daha sonra Əli İnsanov məhkəmə prosesinin davam etdiyi zaman şüşə arxasından olduqca ciddi iddia ilə çıxış edib: "Məni öldürmək istəyirlər".
Məhkəmə prosesini müşahidə edən jurnalistlərdən biri kağıza iri hərflərlə "Sizin şüşə arxasında havanız çatırmı" sualını yazaraq, Əli İnsanova göstərib. Əli İnsanov isə cavabında şüşə arxasında havasının çatmadığını, şüşə kabinədə havasızlıq olduğunu bildirib.
Əməkdaşımızın verdiyi məlumata görə, Əli İnsanov çıxış edərkən, hakim tez-tez onun mikrafonunu söndürərək, danışığını kəsib. Eyni zamanda, hakim Əli İnsanovun vəkillərinin verdiyi vəsatətlərdən heç birisini qəbul etməyib.
Əli İnsanovun məhkəmə prosesində baş verənlər haqqında geniş reportajı yaxın saatlarda musavat.com saytında oxuya biləcəksiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?