Xəbər verdiyimiz kimi, hərbi ekspert Cəsur Sümərinli bu ay açıqlama yayaraq bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırış sistemində ciddi problem yaşanır. Onun sözlərinə görə, təhlükəsizlik və müdafiə sektorunda əsgəri vəzifələrin sayı müddətdən artıq xidmət edən hərbi qulluqçuların hesabına azalıb və indi bu rəqəm ümumi çağırışçıların təxminən 4-5 faizi həddindədir. Ekspert qeyd edib ki, güc strukturlarının, xüsusilə Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq hərbi xidmət qulluqçularının axını sürətlənsə, iki-üç ildən sonra hər il təxminən 10-12 min vətəndaşın hərbi xidmətə çağırılmamaq imkanı ortaya çıxacaq.
Cəsur Sümərinli əlavə edib ki, hərbi xidmətə çağırış yaşının minimumu 20-yə qaldırılmalı, maksimumu isə 27 və ya 28-ə endirilməlidir; vətəndaşlara müxtəlif təhsillərinə görə möhlət hüququnun verilməsi imkanları artırılmalıdır; vətəndaşların müəyyən rəsmi ödəmələr hesabına möhlət almaq imkanları araşdırılmalıdır.
Virtualaz.org bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Media forum” saytının bu məsələlərlə bağlı yazılı sorğusunu cavablandırıb. Fevralın 26-da qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan açıqlamada deyilir: “Dövlət sirri haqqında” qanunun 4-cü maddəsinə və Azərbaycan Respublikası prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”nın II hissəsinin I bəndinə əsasən, çağırışçılara dair statistika dövlət sirrinə aid edilə bilən məlumatlara daxildir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair hər hansı bir təklif olmayıb. Azərbaycan Respublikasında vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə xidmət tərəfindən mütəmadi təhlillər aparılır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?