Fevralın 26-da İsmayıllı hadisələrinə görə ittiham olunanların valideynləri İsmayıllı Rayon İcra Hakimiyyəti binasının qarşısında yığışıb. Onlar dövlət ittihamçısının övladları haqqında azadlıqdan məhrumetmə cəzası tələb etməsinə etiraz edirlər. İcra başçısı Mirdamət Sadıqov valideynləri qəbul edib. Hazırda görüş davam edir.
Xatırladaq ki, fevralın 24-də Şəki Ağır Cinayətlər Məhkəməsində prokuror İsmayıllı hadisələrinə görə ittiham olunan 18 müttəhimin 4 ildən 9 ilədək azadlıqdan məhrum edilməsini istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?